Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

Niyə Yəməndə qırılan uşaqların taleyi heç kimə maraqlı deyil?

Döyüşün gedişatı göstərir ki, təcavüzkar Ərəbistanın məqsədi yalnız bu ölkənin əhalisini qətliam etməkdir…
Səudiyyə Ərəbistanının qırıcı təyyarələrinin son günlərdə Yəmənin ərazilərinə təcavüzü böyük insan itkilərinə səbəb olub. Ölkənin müxtəlif ərazilərində adi əhalidən qırılanların sayı diqqəti cəlb etməyə bilmir. Sədə vilayətində 50 şəhid və 14 yaralının, paytaxt Sənada 40 nəfərin şəhid və 130-dan çox yaralının və o cümlədən, Məarib ətrafı döyüşlərdə çoxlu sayda ölüb və yaralananların sayı qeydə alınıb. Bu hücumlarda, demək olar, qətiyyən heç bir ərazi nəzərə alınmır və adi yaşayış məntəqələrindən tutmuş, ta tarixi abidələrə qədər hər nə varsa yerlə yeksan edilir. Sənanın şimalına dəyən şiddətli zərbələrdən sonra artıq oranın əhalisi öz yaşayış məntəqələrindən didərgin düşüblər. Xalq şiddətlə etirazını bildirərək deyir ki, görəsən, millət və xalqlar, ərəb ölkələri, insan hüquqlarının müdafiəsində duranlar, inqilabçılar və azadlıqsevərlər haradadırlar? Niyə bu məzlum insanların səsinə səs verən yoxdur? Halbuki bu ölkənin əhalisi dünyanın hər yerində zülmə məruz qalanların səsi ucaldığı zaman onların səsinə səs verib! Dünyanın hər hansı bir yerində bir uşağa qəsd edildikdə, dünya ictimaiyyətinin diqqətini cəlb etdiyi surətdə, bu ölkədə gündə neçə uşağın canını itirməsi heç kimə maraqlı görünmür!



Yəmənin səhiyyə nazirliyi BMT-yə şikayət edərək artıq ölkənin xəstəxanalarının beş aydan artıq mühasirə ilə əlaqədar olaraq yaralılara lazımi xidmət göstərə bilmədiyini elan edib. Altı aya yaxın təcavüz ərzində bu ölkənin əksər yaşayış məntəqələri xarabalığa çevrilib, dövlət idarə və təsisatları uçurulub, yollar və şoselər dağıdılıb və demək olar, yaşayış üçün hər bir zəruri obyekt məhv edilib. Döyüşün gedişatı göstərir ki, təcavüzkar Ərəbistanın məqsədi yalnız bu ölkənin əhalisini qətliam etməkdir…




Nur-az.com/alalam


8197 بازدید
در حال ارسال اطلاعات...