Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2014

Nəfslə mübarizə

Nəfslə mübarizə

Məhəmməd Baqir adlı cavan bir tələbə gecə vaxtı otağında mütaliə ilə məşğul idi. Birdən bir qız otağa girib qapını örtüb, əli ilə çarəsiz tələbəyə işarə edir ki, sakit ol və heçnə demə.

Qız soruşdu: Şama nəyin var?
Tələbə hazır yemək nəyi vardısa gətirdi.

Qız şahzadə idi. Saraydakı xanımlarla ixtilafı olduğundan oradan qaçmışdı. Gecəni tələbənin otağının bir guşəsində yatır.

Qız sübh yuxudan ayılıb otaqdan çölə çıxır. Şahın məmurları qızı cavan tələbə ilə birlikdə şahın yanına aparırlar. Şah əsəbi halda soruşdu: Gecə niyə bizə xəbər verməyibsən?

Məhəmməd Baqir dedi: Şahzadə məni cəlladla təhdid etdi...

Şah göstəriş verir ki, oğlanın xəta edib etməməsi haqda təhqiq aparsınlar.

Təhqiqatdan sonra Məhəmməd Baqirdən soruşdu: Nəfsinə necə müqavimət göstərə bildin?

Məhəmməd Baqir yanmış barmaqlarını şaha göstərdi...

Şah bunun səbəbini soruşdu.

Tələbə dedi: Şahzadə yuxuya getdikdən sonra nəfse əmmarə məni vəsvəsə edirdi. Hər vaxt nəfsim vəsvəsə edəndə barmağımın birini yanan şamın üstünü qoyurdum ki, cəhənnəm atəşini dadım. Beləliklə gecənin əvvəlindən sübhə qədər nəfsimlə mübarizə apardım və Allahın köməkliyi ilə şeytan məni düz yoldan azdıra və imanımı da yandıra bilmədi.

Tələbənin təqvasından xoşu gələn şah, göstəriş verir ki, qızını əqdini Məhəmməd Baqirə oxusunlar. Bundan sonra ona Mirdamad ləğəbəni verilir. Bu gün də onun elmi dostları arasında unudulmaz xatirələri dillər əzbəridir. Onun ən mühüm şagirdləri sırasında Molla Sədranın adını çəkmək olar.


Uğurlu tələbənin ailə hekayəti

Böüyük alim, Seyid Cəfər Məzarei nəql edir: Nəcəfdə hövzə tələbələrdən biri dözülməz dərəcədə çətinlikdə yaşayırdı. Bir gün çətinliyin ağırlığından həzrət Əlinin (ə) məzarının zərihinin yanında durub şikayət edir. Siz bu bahalı, bənzəri olmayan lüstürləri hansı səbəbdən öz hərəminizdə asmısınız?! Mənsə gündəlik həyatımı keçirmək üçün çox çətinlikdəyəm.

Gecə yuxuda Əmirəlmöminin Əlini (ə) görür. Həzrət (ə) buyurur: “Əgər istəyirsən Nəcəfdə mənim yanımda qalasan, tələbə həyatına uyğun olan həmin çörək, qatıq və xalçadır. Yox, əgər var-dövlət içində yaşamaq istəyirsənsə gərək Hinistana gedib Heydərabad şəhərində filan kəsə müraciət edəsən. Üzüyünlə onun qapısını döy və ev sahibi qapını açsa ona deyərsən: Zərrə səmaya qalxıb günəş olar.”

Bu yuxudan sonra tələbə yenidən həzrət Əlinin (ə) pak məzarına gedib, ərz edir: Mənim yaşayışım burada pərişan və çətindir. Sizsə məni Hindistana yollayırsınız!

Yenə də İmam Əlini (ə) yuxuda görür və o həzrət buyurur: “Sözüm həmin dediyimdir. Əgər bu yaşayışı qəbul etsən Nəcəfdə, mənim kənarımda qal və yaşa. Yox əgər bu vəziyyətdə yaşaya bilmirsənsə Hindistana ged. Həmin adamın evini tap və ona de: Zərrə səmaya qalxıb günəş olar.”

Tələbə sübh yuxudan ayılandan sonra kitab və əşyalarından bir hissəsini satır. Dostları ilə vidalaşıb Hindistana yola düşür və Heydərabada çatır. Yuxuda deyilən adamın evini axtarır. Şəhər əhli yoxsul tələbənin varlı bir adamı axtardığını bildikdə təəccüb edirlər.

O adamın evini tapdıqdan sonra qapısını döyür. Qapı açıldıqdan sonra imarətin pillələrindən bir nəfər aşağı düşür. Tələbə onu gördükdən sonra deyir: “Zərrə səmaya qalxıb günəş olar.” O şəxs xidmətçisini çağırıb deyir: Bu tələbəni içəri aparın, dincəldikdən sonra onu hamama aparın və qiymətli libaslar geyindirin.

Məclis çox gözəl şəkildə keçir və tələbəyə sabah axşam çağına kimi xidmət edirlər. Sabahı gün şəhərin hörmətli adamları, müxtəlif təbəqələrin insanları, eləcə də tacirlər oraya gəlirlər. Gələn qonaqların hər biri o əzəmətli imarətin məxsus bir salonunda əyləşirlər. Tələbə kənarında əyləşəndən soruşur: Burada nə xəbərdir?

Dedi: Ev yiyəsinin qızının əqdidir.

Öz-özünə dedi: Mən bu ailəyə gələndə artıq məclisi hazır idi.

Məclis bir az sakitləşəndən sonra ev sahibi salona gəldi. Hamı ehtiram əlaməti olaraq ayağa qalxdır. O da qonaqlara ehtiram göstərdikdən sonra öz yerində əyləşir.

Üzünü məclis əhlinə tutub deyir: Cənablar, filan qədər olan sərvətimi, mülk, ev və bağımı Nəcəfdən gələn bu tələbəylə bölüşdüm. Hamınız bilirsiniz ki, mənim iki qız övladım var. Onlardan biri ki o birindən gözəldir, bu tələbəyə ərə verirəm. Din alimi də elə bu dəqiqə onların əqdini oxusun.

Əqd oxunandan sonra tələbə heyrət və təəccübdən donub qalmışdı. Soruşdu: Bu dastanın təfsiri nədir?

İmarətin sahibi dedi: Mən bir neçə il bundan qabaq qəsd etmişdim ki, Əmirəlmöminin Əlinin (ə) mədhinə şeir deyəm. Bir misra dedim, amma o biri misranı deyə bilmədim. Hindistanın fars dilli şairlərinə müraciət etdim. Onların da dedikləri misra alınmadı. Sonra İran şairlərinə müraciət etdim. Onların da misraları ürəyimə yatmadı. Beləliklə, fikirləşdim ki, mənim şeirim həzrət Əlinin (ə) nəzərində qəbul olunmayıb. Buna görə də, nəzr etdim ki, əgər bir nəfər tapılıb şeirin ikinci misrasını bəyənilən şəkildə desə, var-dövlətimin yarısını ona bağışlayım və qızımı da ona ərə verim. Siz gəldiniz, şeirin ikici misrasını dediniz. Gördüm ki, dediyiniz bu misra tamam və kamil şəkildə mənim misramla uyğun gəlir.

Tələbə dedi: Birinci misra necə idi?

Ev sahibi dedi: Əgər Əli bir zərrəyə lütf nəzərini salsa.

Tələbə deyir: İkinci misranın sahibi mən deyiləm. Allahın lütfü ilə Əmirəlmöminin Əlidəndir (ə).

Ev sahibi şükr səcdəsi edib oxudu:

Əgər Əli bir zərrəyə lütf nəzərini salsa,

Həmin zərrə səmaya qalxıb günəş olar.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


6136 بازدید
در حال ارسال اطلاعات...