Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2013

Yəhudi qadının döl kosmetikası

Abort olunmuş döllərdən kosmetik vasitələr hazırlanır

Abort məsələsi əsrlərin mübahisə, qınaq obyektinə çevrilib və bu, dövrümüzün reallığı kimi mövcudluğunu qoruyur. Doğrudan da, nə qədər qadın haqlı (təcavüzə uğramış qadın hamiləliyini davam edə bilməz, arzuolunmaz hamiləliklər də belə) olsa da, nəticədə abort əməliyyatı vəhşilik, qəsdən insanın məhvidir. Dünyada hər il minlərlə körpə abortun nəticəsində dünyaya gəlmir. Elə bizim özümüzdə qız, oğlan uşağı sevdasına düşənlər bir ultrasəs müayinəsiylə (həkimin bəlkə də yalnış olaraq qız, ya da oğlan deməsi ilə) hamiləliyini süni şəkildə pozmaq qərarını alır.

Bu dəfə sizə təkcə abort yox, abort zamanı əldə olunan qolu-qanadı qırılmış bədbəxt “körpə”lərin taleyi barədə maraqlı araşdırma hazırlamışam. “Qafqazinfo” bu tükürpədici məlumatları nəzərinizə çatdırır.

Bir həkim 60.000 abortu necə edə bilər?

Bu gün peşəkar abort edən, qadını “təmizləyən” həkim-cərrahlar yaxşıca pul qazanmağındadırlar. Çoxu kimi mən də abortu “döl terroru” kimi qiymətləndirirəm. Nəticədə həmin döl bir az da qalsa bizdən biri ola bilər. Abort bütün dinlərdə günah sayılır.Bu işi görən həkim, həm də qadın cinayətin şərikli tərəfləridirlər. Təkcə Azərbaycanda statistikaya görə hər 100 qadından 60-70-i abort etdirir. Özü də bir dəfə yox. Bir çox ölkədə olduğu kimi bizdə də 10 həftəlik(2,5 ay) hamiləliyin süni pozulması qanuni sayılır, amma bəzən bu müddətin çox olması həkim və qadın qarşısında məsulliyətlər qoyur. Təəssüf ki, bu gün bizdə abortla bağlı vəziyyətə heç nəzarət olunmur.

Maraqlı bir faktı xatırlamaq istəyirəm. Vaxtiylə amerikalı həkim-ginekoloq Bernard Natanson(1926-2011) zamanın ən nüfuzlu abort karalı olub. O, 1984-cü ilə qədər ABŞ-da 60.000-ə qədər abort əməliyyatı keçirib. 1984-çü ili ona görə vurğuladım ki, professor həmin ildən etibarən abort edənləri pisləyənlər sırasına keçib. Həm də o bunu abortla bağlı özünün çəkdiyi “Səssiz bağırtı”(The silent scream”) sənədli filmində ifadə edib. Təcrübəli həkim ilk dəfə olaraq ultrasəs müayinəsi yolu ilə ana bətnindəki dölün vəziyyətini lentə çəkib. Bu filmə baxanda heç bir qadın yəqin ki, aborta getməz. Çünki həkim filmdə abort zamanı qorxan dölün hərəkətlərini də nümayiş etdirməyə nail olub. İndi bu qəbildən abortu pisləyən çox filmlər istehsal olunur, amma təbliğat yenə də zəifdir.

Qətlə yetirilmiş “uşaq” bizi qocalıqdan xilas edir?

Bu yaxında vaxtiylə Türkiyədə təhsil almış və təcrübə qazanmış azərbaycanlı həkim-ginekoloqun maraqlı fikri ilə rastlaşdım. Adını verməyən ginekoloq abort olunmuş döl, embrionlardan kostmetika sənayesində istifadə edildiyini bildirdi. Dəfələrlə buna inanmadığımı dilə gətirsəm də, o həmin abort “məhsulunun” yaxşı qiymətə satıldığının şahidi olduğunu dedi. Və bu məqam məni məsələni bir az da araşdırmağa vadar etdi. Məlum oldu ki, dünyada insan döl və embrionu alveri deyilən ticarət mövcud imiş. Hətta bu satışı həyata keçirənlər min dollarla pul qazanırlar. Bir neçə il əvvəl Avropanın bir neçə ölkəsində, ABŞ-da aşkar olunan döl konteynrləri də bu məsələyə aydınlıq gətirib. Məsələnin dərinliyinə varsaq, abort olunmuş insan emrionlarından kosmetik vasitələrin istehsalında istifadə olunması yəhudi əsilli Helena Rubinsten (1870-1965) tərəfindən irəli sürülüb. Bu qadın istehsal etdiyi kosmetik vasitələrinin tərkibində insan hüceyrələrinin mövcudluğunu dilə gətiribmiş. Onun bir əsrə yaxın yaşaması da buna sübut ola bilər. Krem, losyon, sabunlar məhz həmin kollogen deyilən maddə hesabına qadınların dərisinin qocalmasının qarşısını alıb.Belə ki, orqanizmdə məhz kollogen maddəsinin çatışmazlığı səbəbindən dəri qırışıqlığı erkən başlayır. Kollogen- xüsusən sümük, qığırdaq kimi hissələrdə birləşdirici toxuma kimi mövcud olan, protein və jeləyəbənzər maddədir. Deyilənə görə, 14-25 həftəlik dölün hüceyrələri daha qiymətli hesab olunur. Dəfələrlə Rusiyanın elm adamları bu məsələylə bağlı səsini çıxarıb. Bu barədə maraqlı bir məqalədə deyilir: “Hər il Rusiyada 3 milyondan çox qadın aborta gedir. Hətta professor Gennadi Suxixin rəhbərlik etdiyi Moskva beynəlxalq ginekologiya instutunda abort olunmuş döllərdən “cavanlıq elieksiri” hazırlanır. İnsan embrionundan götürülmüş xüsusi hissəcikdən hazırlanmış belə iynənin bir ampulası 2 milyon dollardır. Qətlə yetirilmiş “körpə” kiminsə fetal terapiyası üçün “dərman” olacaq və ya kiminsə dərisini cavanlaşdıracaq, sellolitini aradan götürəcək. “Canlı kosmetika”dan istifadə edən qadınlar heç özləri də bilmir ki, “körpə” qanını, canını bədənlərinə çəkirlər. Vaxtiylə Çörçil, Reyqan kimi dövlət adamları da fetal terapiyadan istifadə ediblər.”

Maraq üçün bir neçə nüfuzlu kosmetika firmasıyla əlaqə saxladım bunun fərziyyə olduğunu bildirdilər. Hətta bu barədə birinci dəfə eşidən də oldu. Amma heyvanların embrionundan istifadə olunması parfumeriya sənayesində mümkün və normal sayılan məsələ hesab edilir.

Əgər kosmetik vasitələrin üzərində “fetal” və ya “human” sözü aşkarcasına qeyd olunubsa, deməli orada insan embrion hüçeyrəsindən istifadə olunub. “Fetal” sözü, tərcümədə “döl”, “human” isə “insan” deməkdir. Və insan başqa bir insanın hüçeyrəsini üzünə, dərisinə çəkirsə onda bu vəziyyəti nə adlandıraq, bu qəliz məsələdir.

Onu da deyim ki, həqiqətən insan dölünün hüceyrələrinin dəri qırışıqlığını aradan qaldırdığı sübut olunub. Dünyanın məşhur adamları, hətta dövlət adamları belə dərisinin cavanlaşdırılmasına nail olublar. Türkiyənin “diva”sı( doğrudan da divdir elə) Bülent Ərsoyun da 2007-ci ildə üz dərisinə insan embrion hücerlərinin köçürüldüyü deyilir. Müğənni həm makiyaj, həm də bu üsula görə adam içinə rahatlıqla çıxa bilir.

Peyvəndin hazırlanmasında insan embrionundan istifadə olunur

Abort məhsulu “xamaal” kimi təkcə kosmetika istehsalında deyil, həm də peyvəndlərin hazırlanmasında istifadə olunur. Quduzluğa qarşı, su çiçəyi və digər xəstəliklərə qarşı istifadə olunan peyvənd(vaksina)preparatlarının tərkibində insan emprionundan əldə edilən hissəsiklər var. Məlumatlara görə, ABŞ, Avropa ölkələri hər il 300 minə qədər embrionu farmakoloji şirkətlərə satır. Başqa sözlə, abort qalıqları yandırılmaqdan, zibilliyə atılmaqdansa, qiymətləndirilir, pula çevrilir.

Yaponiya isə abort olunmuş “körpə”ni yeməyi üstün tutur

Yaponiyanın maraqlı mətbəxində “döl” dən hazırlanmış şorba və ya soyutma delikates hesab olunur. Abort bir cinayətdirsə, abort “məhsulunun” yeyilməsi qat-qat vəhşilikdir. Amma bizə görə. Yaponlar bunu vitaminli, qocalmanı ləngidən “qida” kimi dəyərləndirirlər. Hətta bu “məhsul” daha çox Çindən gəlir. Çünki əhali sıxlığına görə dünyada öndə gedən Çində bir uşaqdan artıq övlad dünyaya gətirmək qadağandır. Bu səbəbdən burada abort da adi hala çevrilir, yaxud ona bəraət qazandırılır.

Ailem.az


7614 بازدید
در حال ارسال اطلاعات...