Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

Doğru yol axtaranlara

Günah haqda hətta fikirləşmə

Bir gün həvarilər İsanın (ə) hüzuruna gəlib ərz etdilər: Ey müəllim! Bizi öz nəsihətlərindən bəhrələndir.

Həzrət İsa (ə) buyurdu: “Allahın peyğəmbəri Musa (ə) öz səhabələrinə buyurdu: Yalandan and içməyin. Yenə də deyirəm - istər yalan olsun, istərsə də düz, and içməyin.”

Onlar ərz etdilər: Bir az da bizi nəsihət et.

Həzrət İsa (ə) buyurdu: Musa (ə) öz səhabələrinə buyurub: “Zina etməyin, hətta zina haqda fikirləşməyin. Sonra zina haqda fikirləşməyi bu misalla aydınlaşdırdı: “Bir nəfər evinin divarlarını rənglədikdən sonra orada od qalayır. O odun tüstüsü rənglənmiş divarı necə qaraltıdığ kimi, zina haqda fikirləşmək də insanın mənəvi gözəlliyini qaraldır. Baxmayaraq ki, tüstü divarı yandırmır. Zina haqda fikirləşmək həmin tüstü kimidir ki, ailənin əsasını qara edir.

İbrahimin (ə) xəlil olması

Dost qonaqlığında həzrət İbrahim (ə) çoxlu çıxışlar edir.

5 nəfər həzrət İbrahimin (ə) evinə gəlir. (Onlar Allahın məmur mələkləri insan sifətində həzrət İbrahimin (ə) yanına gəlmişdilər.)

İbrahim (ə) onları tanımamasına baxmayaraq, bir dana kəsərək onlara ləzzətli yeməklər hazırlayaraq, qonaqlara xidmət göstərir.

Onlar deyirlər: Dananın qiymətini deməyənə kimi, biz bu yeməkdən yeməyəcəyik.

İbrahim (ə) deyir: Bu yeməyin qiyməti, yeməyə başlayanda “Bismillah”, qurtaranda isə “Əlhəmdulillah” deməkdir.

Cəbrail yanındakılara dedi: Allah-Taala bu kişini xəlil (xalis dost) təyin edib və o həqiqətən də buna layiqdir. (Biharul-ənvar, c.12,səh. 5)

Aşura ziyarətinə bağlılıq

Ayətullah Behcətdən soruşurlar: Aşura Ziyarətini oxuyanlar haqda dastan və hadisələr, Aşura Ziyarətinə təvəssül edənlər haqda hadisələri bir yerə yığıb çap ediblər. Bu haqda sizin nəzəriniz nədir?

Ayətullah Behcət cavab verir ki, Aşura Ziyarətinin mətni onun əzəmətli olmasına şahiddir. Aşura Ziyarətinin sənədində gəlib ki, həzrət imam Sadiq (ə) Səffana buyurdu: Bu ziyarət və duanı oxu və onu qoru. Bu duanı oxumaqla bir neçə istəyin qəbul olunmasına zəmanət verirəm:

1. Ziyarətin qəbul olması;

2. Səy və zəhmətin hədərə getməməsi;

3. Hər nə hacət olsa, yerinə yetmiş olsun və Allahın dərgahından naümid geri qayıtmamaq.

Ey Səffan! Bu ziyarəti bu zəmanətlə atamdan, atam da atasından… Əmirəlmöminə (ə) kimi, o Həzrət də Allahın Rəsulundan (s) və Allahın Rəsulu da Cəbraildən və o da Allah-Taaladan nəql edir. Kim bu ziyarəti bu zəmanətlə oxusa Allah-Taala öz zatına and içər: “Kim bu ziyarət və duanı oxusa, dua və ziyarətini qəbul edərəm və hər nə istəyi olsa yerinə yetirərəm.”

Bunun sənədindən məlum olur ki, Aşura Ziyarəti Hədisi Qüdsidəndir. Beləliklə, bu mətləb səbəb olur ki, bizim böyük alim və ustadlarımız, məşğuliyyətlərinin çox olmasına

baxmayaraq, Aşura Ziyarətini oxumağa bağlı olublar. Ustadım, mərhum Hacı Şeyx Məhəmməd Həsən İsfahani Allahdan istəmişdi ki, ömrünün axırında Aşura Ziyarəti oxusun və sonra ölsün. Duası qəbul olur və Aşura Ziyarətini oxuyub qurtardıqdan sonra dünyasını dəyişir.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


5727 بازدید
در حال ارسال اطلاعات...