Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2015

Əbu Bəkr əl-Bağdadinin kimliyi ifşa edilib - Fotolar

Onun əsl ad və soyadı İbrahim Əvvad İbrahim əl-Bədridir
Nur-az.com shia-news.com-a istinadən:
İŞİD-in başçısı ünvanını daşıyan terrorist Əbu Bəkr əl-Bağdadiyə mənsub əldə edilən 1980-ci il tarixli şəxsiyyət vəsiqəsinə əsasən, o, 1971-ci il iyulun 1-də İraqın Samirra şəhərində dünyaya gəlib. Onun əsl ad və soyadı İbrahim Əvvad İbrahim əl-Bədridir. Qonşularının verdiyi məlumata görə, bu şəxs sadə bir əkinçi ailənin dördüncü oğul övladı imiş.
Onun orta təhsil aldığı dövrlərdə əxlaq və inzibatda nisbətən müsbət xarakterli şagird olduğu məlumat verilir.
1987-ci il tarixli 1136 nömrəli sənədə əsasən, onun 16 yaşı var imiş və Samirra şəhərində orta məktəbdə öz əsl ad və familiyası ilə təhsil alırmış. Həmin sənədə görə, onun hətta bir dəfə sinifdə qaldığı və Səddam Hüseynin vaxtında orduda əsgər vəzifəsində çalışıb, sonra həlak olan qardaşına görə əlavə bal qazanaraq sinifdən-sinifə keçdiyi və 1991-ci ildə orta məktəbi bitirdiyi qeyd edilir.
Onun uşaqlıq dövrünün xatirələrindən danışanlar deyirlər ki, o, həmişə oyunlarda başçı olmağa can atırmış. Bununla belə, onun xırda uşaqlara Quran dərsi verdiyi də, məlumat verilir. Hal-hazırda onun ata evi uzun müddətdir ki, oğlunun bərpa etdiyi İŞİD cinayətkar terrorist qruplarının əlindən didərgin düşənlərin pənahgahına çevrilib. Amma qonşuları bildirirlər ki, Bağdadinin ailə üzvlərinin bəziləri zindanda, bəziləri də, fəraridirlər.
O, orta məktəbi bitirdikdən sonra Bağdada gedib, hüquqşünaslıq üzrə instituta daxil olmaq istədiyi zaman ikinci bir ixtisas kimi xarici dillər üzrə fakültəsinə daxil olmaq istəsə də, attestatındakı bir sıra fənlərdə aşağı qiymətlərinə görə qəbul edilməyib. Hətta onun görmə qabiliyyətindəki zəifliyə görə, əsgərlik vəzifəsindən azad edildiyi bildirilir.
Amerikanın İraqa 2002-ci il hücumundan sonra əl-Bağdadinin 2004-cü ilin fevralında naməlum səbəblər üzündən həbs edilərək on ay müddətinə ölkənin cənubundakı “Buka” düşərgəsində həbsdə olduğu məlumat verilir. “Buka” düşərgəsində təxribat və terrorizmlə əlaqəli şübhəli şəxslərlə birgə keçmiş rejimə – Səddam Hüseynin qvardiyasına mənsub hərbi rütbəli şəxslər də, saxlanılırmış. Ekspertlərin rəyinə əsasən, əl-Bağdadidə baş qaldıran bu sərt təəssürat həmin şəxslərlə ünsiyyətlə əlaqədar imiş.
Son məlumatlara görə, onun mart ayında koalisiyanın hava hücumlarından sonra bərk yaralandığı bildirilir. Odur ki, artıq Mosulda əksərən cəmiyyət qarşısında müşahidə olunmur və yalnız bir sıra internet səhifələrində fotoşəkilləri yerləşdirilir. Bir sıra xarici mənbələrə görə, hətta onun yerinə Əbu Əla Əfra ləqəbli Əbdürrəhman Mustafanın canişin təyin edildiyi də, vurğulanır.
2013-cu ildən Suriya daxilində vətəndaş müharibəsini alovlandıraraq İŞİD adı ilə özündə terrorist ünsürlərini birləşdirən bu qrup BMT və bir sıra insan hüquqları müdafiəsi cəmiyyətləri tərəfindən genosid və bəşəriyyətin əleyhinə cinayətlərdə ciddi ittihamlanır.


افشای اسرار ابوبکر البغدادی +تصاویر

افشای اسرار ابوبکر البغدادی +تصاویر

افشای اسرار ابوبکر البغدادی +تصاویر

افشای اسرار ابوبکر البغدادی +تصاویر

افشای اسرار ابوبکر البغدادی +تصاویر

افشای اسرار ابوبکر البغدادی +تصاویر

افشای اسرار ابوبکر البغدادی +تصاویر

افشای اسرار ابوبکر البغدادی +تصاویر



8253 بازدید
در حال ارسال اطلاعات...