Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2015

Vəhy nümunə göstərir

Quranda ləyaqətli xanımların ictimai xüsusiyyətləri
Müxtəlif fəlsəfi məktəblərdə, səmavi dini təlimlərdə qadın mövzusu əsas mövzulardan biri olmuşdur. Amma Qərbdə renesans, sənaye və texnalogiyanın inkişafı dövründən sonra bu mövzu daha da ciddiləşmişdir. Renesans və texnalogiyanın inkişafı Avropada ictimai münasibətlərdə böyük dəyişikliklər yaradıb. Bu dünya səviyyəsində qadın mövzusu əsas ictimai mövzulardan biridir. İslam kamil və kompleks məktəb kimi tanınır. İslam təlimlərində qadın mövzusuna daha ciddi yanaşılır. Belə ki, Qurani-Kərimin 114 surəsindən biri qadınların adı ilə adlandırılıb. Səmavi kitabın yüzlərlə ayəsində qadınlarla bağlı ictimai, siyasi, iqtisadi, ideoloji, sosial mahiyyət daşıyan nöqtələrə işarə olunub. Qurani-Kərimdə qadınlarla bağlı diqqət yetirilən əsas mövzu nümunəvi və ideal qadın obrazının təqdimidir. Qurani-Kərimdə nümunəvi qadın üçün 40-a yaxın sifət sadalanmışdır. Həmin sifətlər kamala çatmaq istəyən hər bir qadın üçün dəyərli göstərişdir. Həmin xüsusiyyətləri ictimai, ailə və fərdi baxımdan üç qrupa bölmək olar. İctimai yanaşma daha çox əhəmiyyət daşıdığından biz nümunəvi qadınlarda hansı ictimai xüsusiyyətlərin olmasından söz açacağıq.

1.Bütün insanları fərdi və ictimai rəftarları müəyyən prinsipləri üzərində qurulub. Həmin prinsiplər özü də bir neçə növ ola bilər. Ata-babaların və milli qəhrəmanlara təqlid prinsipləri, çoxluğa təqlid prinsipləri, super dövlətlərin siyasətlərinə təqlid prinsipləri, nəfs istəklərindən yaranan prinsiplər, ağıl və düşüncənin ortaya qoyduğu prinsiplər, din və şəriət prinsipləri.

Qurani-Kərim sağlam və ləyaqətli həyatı xeyrli həyat sayır. Bütün qadınlara tövsiyyə olunur ki, Qurani-Kərimdəki ayələri özləri üçün meyar seçsinlər. “Lisanul-Ərəb” kitabında oxuyuruq: “Məruf sözü elə bir hadisəni ehtiva edir ki, bu hadisə nəfs tərəfindən xeyir sayılır. İnsan bu hadisə, əmələ münasibətdə maraqlı olur, həmin əməllə aramlıq tapır. Məruf sözü hədislərdə çox işlədilir. İnsanı Allaha yaxınlaşdıran, xeyir əmələ sövq edən hər bir addım məruf nümunəsidir. Əksinə, “münkər” sözü insanı Allahdan uzaqlaşdıran və zərər gətirən əməlləri bildirir.”

“Mofrədati-Rağib” kitabında yazılır: Ağıl və şəriətin xeyrli qəbul etdiyi hər bir rəftar “məruf” adlandırıla bilər. Düşüncə və şəriətin qəbul etdiyi əməllər məruf sayılır. Qurani-Məcid müsəlman xanımlardan istəyir ki, öz həyatlarını düşüncə və din əsasında qursunlar. Allah-Taala həyat yoldaşlarını itirmiş qadınlarla bağlı buyurur: “Sizlərdən dünyasını dəyişən insanların həyatda qalan xanımları 4 ay 10 gün gözləsinlər, iddə müddətləri başa çatsin. Bundan sonra bəyənilmiş şəkildə görəcəkləri işlərdə onlar üçün günah yoxdur. Allah gördüyünüz işlərdən xəbərdardır... (Bəqərə 234)

Aləmlərin Rəbbi yada saldığımız ayədə qadınların düzgün həyat yolu seçimini aydınlaşdırır. Məruf adlandırılan rəftar da düzgün həyat üçün yeganə əsas sayılır. Vəhy baxımından nümunəvi qadın çoxluğa, ata-babaların ən-ənələrinə, tayfa başçılarına təqlid etmir, nəfs istəklərinin əsiri deyil, dünyaya hakim qanunlara ardıcıllıq etmir. Müsəlman qadın sağlam düşüncə, İslam təlimləri və Quran göstərişlərinin ardınca gedir. İslamın bəyəndiyi xanımlar başqalarının sözlərindən yalnız ağıl və şəriətin təsdiq etdiklərini seçirlər. “Məruf” sözünün aid edildiyi hadisələr təkcə rəftar yox həm də danışıqdan ibarətdir. Allah-Taala bu barədə buyurur ki, naz ilə danışmayın, qəlbində xəstəlik olanlar tamaha düşər, ləyaqətlə danışın. (Əhzab, 32) Allah-Taala qadınları öz danışıqlarına diqqətli olmağa çağırır. Qadın nəfsinin istədiyi şəkildə yox, ağıl və şəriətin tələbləri çərçivəsində danışmalıdır. İslam kamil və bütün dünyaya aid olan bir məktəbdir. Bu məktəbdə qadınlarla bağlı məsələlər daha əhatəlidir. Quran surələrindən birinin “Nisa”, yəni qadın adlandırılması, yüzlərlə ayədə qadınlar haqqında danışılması İslam təlimlərinin qadına göstərdiyi diqqətə bir nümunədir.
Allah-Taala qadınların öz rəftar və danışıqlarına diqqətli olmasını mühüm sayır. Nisa surəsi Quranın ən böyük surələrindəndir. Həmin surədə və Quranın başqa surələrində dəfələrlə qadınlarla bağlı məsələlərin yada salınması mövzunun əhəmiyyətindən danışır. Qadınlar məruf bir həyata çağırılır. Məruf həyat üçün Quran ayələrində göstərilmiş nöqtələr meyardır. Məruf həyat yaşayan insan nəfs istəkləri ardınca getmir.

2.Əmr be məruf və nəhy əz münkər

Nümunəvi və ləyaqətli qadın təkcə öz fərdi və ictimai həyatını qurmur. O cəmiyyətin də məruf bir həyat yaşaması üçün də çalışır. Quranın nümunə göstərdiyi qadın xalqın yolunu azmasına sakit baxa bilmir. O zülm-sitəmə, fəsad və günaha qarşıdır. Cəmiyyətin doğru yoldan uzaqlaşması, günah yolu seçməsi Quranın nümunə göstərdiyi qadının qəlbini sıxır. Qurani-Kərimdə buyurulur ki, imanlı kişilər və qadınlar bir-birlərinin dostudurlar, bəyənilmiş işlərə çağırırlar, pis işlərin qarşısını alırlar. (Tövbə,71) Nümunəvi qadın məsuliyyətli və fəaldır. O ətrafında baş verən hadisələrə biganə deyil. Siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə baş verən fəsadlar onun rahatlığını əlindən alır. Belə bir qadının ictimai məsələlərdən baş çıxarması lazımdır. Zəruri agahlıq və məlumat olmadan vəziyyəti düzgün qiymətləndirmək olmaz. Amma qeyri-müsəlman, cahil mühitdə tərbiyyə almış qadınlar cəmiyyəti süquta uğradan zümrədəndir. Qurani-Kərimdə oxuyuruq ki, münafiq kişi və qadınlar bir-birləri kimidirlər, pis işə çağırır, yaxşı işin qarşısını alırlar (Həmin surə, 67)

3.Həqiqi iman və rəhbərə ardıcıllıq

İlahi rəhbərə itaət vilayətə bağlılıq insanın əqidə göstəricisidir. Nümunəvi qadın həqiqi ilahi rəhbərlərin göstərişləri qarşısında tərəddüd keçirmir, ona itaət edir. Quran ayələrindən belə anlaşılır ki, beyət təkcə kişilərə aid deyil. Mömin qadınlar da həqiqi ilahi rəhbərə beyət etməyə vəzifəlidirlər. Qurani-Kərimdə buyrulur ki, ey peyğəmbər, imanlı qadınlar sənin yanına beyət üçün gələndə, kimsəni Allaha şərik qoşmasınlar, oğurluq etməsinlər, cinayətə yol verməsinlər, övladlarını öldürməsinlər, ərlərinə qara yaxmasınlar, yaxşı işdə sənə itaətsizlik göstərməsinlər. Belələri ilə beyət et, Allahdan onlar üçün bağışlanma dilə. Allah bağışlayan və mehribandır... (Mumtəfinə,12)

4.Allah yolunda hicrət, vətənin tərki

Əqidəni qorumaq, dini ideallar sədaqətə görə, eləcə də düşmənin əzab-əziyyətindən qurtulmaq üçün hicrət etmək mühüm vəzifədir və Quran bu addımı Allaha iman göstəricisi, cihaddan qabaq bir hərəkət kimi dəyərləndirir. Qurani-Kərim buyurur ki, iman gətirənlər, hicrət edənlər, Allah yolunda cihad edənlər Allahın mərhəmətinə ümidvardırlar, Allah bağışlayan və mehribandır. (Bəqərə, 218) Allah-Taala elə Muntəhinə surəsinin 12-ci ayəsində mömin qadınların hicrətini təqdir edir, peyğəmbəri və müsəlmanları bu qadınların və onların beyətinə çağırır.

5.Qarşılıqlı yardım

İctimai rabitələr, İslam cəmiyyətində həmkarlıq Qurani-Kərimin diqqət yetirdiyi mövzulardandır. Quran bu istiqamətdə müsəlmanlara yol göstərir. Vilayətə bağlılıq da bu qəbildəndir. Allah-Taala bu göstərişlərə itaəti həqiqi mömin qadın və kişilərin səciyyəsi kimi dəyərləndirir. Buyurur ki, mömin kişi və qadınlar bir-birlərinin dostudurlar. (Tövbə, 71) Şərif ayənin mənasını daha yaxşı anlamaq üçün ayədə işlədilmiş övliya sözünün mənasına lazımınca diqqət yetirilməlidir. Bəzi müasir tərcüməçilər ayədəki övliya sözünü dostlar kimi çevirir. Hansı ki, “Vəliyy” sözünün cəm forması olan övliya sözü işə rəhbərliyi qəbul etmiş tərəf mənasını daşıyır.

Vəhy baxımından nümunəvi qadın cəmiyyətin adət-ənənələrinə, ata-babalarının yoluna təqlid etmir. Nəfs istəkləri onu yolundan çıxara bilməz. Müsəlman qadın düşüncə və İslam təlimlərinin ardıcılıdır. O deyilən sözlərdən yalnız ağıl və şəriətə uyğun gələnləri seçir. Quranın ideal qəbul etdiyi qadın insanların ağıl və şəriət yolundan çıxmasına laqeyd deyil. O insanları xeyrə çağırdığı kimi pis işlərə qarşı çıxır. O insanların doğru yoldan, xeyir əməllərdən uzaqlaşması qarşısında özünü məsul sayır.

İdeal qadın həm məsuliyyət daşıyır, həm də fəaldır. Bu iki sifət fərqlidir. Bəzən insan özünü məsuliyyətli saysa da bu istiqamətdə addım atmır. Bəzən də meydanda fəal olan insanda məsuliyyətsizlik görürük. Quranın ideal tanıtdırdığı qadın həm məsuliyyətlidir həm də fəaldır. O öz bilikləri, agahlıqları əsasında ətrafında baş verən ictimai-siyasi, ideoloji proseslərə münasibət bildirir, mövqe tutur.

Əmr be məruf və nəhy əz münkər haqqında danışılan ayədə övliya sözündən aydın olur ki, mömin kişilər və qadınlar yol göstərən insanlardır. Əllamə Təbərsi, Əllamə Təbatəbai kimi mütəfəkkirlər “vəliyy” sözünü iki mənada təfsir ediblər. İlkin İslam dövründə mömin qadınlar müharibə meydanında iştirak edir, arxa cəbhədə yaralılara xidmət göstərir, zəruri işləri görürdülər. Bu qadınlar arasında şəhadətə çatanlar da olub. Mərhum Təbərsi dəyərli “Məcməul-Bəyan” kitabında yuxarıda qeyd olunan ayə haqqında danışarkən buyurur: “Mömin kişi və qadınlar bir-birinin yardımcısıdırlar. Qadınlar öz həyat yoldaşlarının döyüş səfəri üçün lazım olan bütün hazırlıq işlərini görür, onlar döyüşə gedəndən sonra onların mənafelərinin keşiyində dayanırdılar.”

6.Azadlıq və ədalət istəyi

Nümunəvi və ləyaqətli qadının xüsusiyyətlərindən biri onların azadlıq və ədalət istəyi olub. Qurani-Kərimdə zalım Fironun imanlı və şücaətli xanımı yada salınır. Bu qadın dünya qadınlarına nümunə göstərilir. Buyurulur ki, Fironun xanımı Allahdan behiştdə öz yaxınlığında bir ev, Fironun zülmlərindən qurtuluş, zalım qövmün əlindən pənah istədi. (Təhqim, 11) Yada salınan ayəyə əsasən Fironun zövcəsi zülmdən uzaq, ədalətli bir cəmiyyət arzusunda idi. O ədalətli cəmiyyəti ideal sayırdı. Ona görə də vəhy bu qadını nümunə göstərir.

7.Zəkat ödəmək

Zəkat ödənməsi, dini vergilərin ünvana çatdırılması cəmiyyətdə yoxsulların ehtiyacının ödənməsi üçün zəruri tədbirlərdəndir. Mömin qadınlar bu səhnədə də kişilərlə çiyin-çiyinə çalışıblar. Quranda buyurulub ki, mömin kişilər və qadınlar insanları yaxşı işlərə çağırır, onları pis işlərdən çəkindirir, namazı bətpa edir, zəkat ödəyirlər. (Tövbə, 71)

8.İnfaq və sədəqə

Vəhy nəzərində nümunəvi qadın cəmiyyətin yoxsulluğuna biganə deyil. O xüms-zəkat və başqa haqları ödəməklə cəmiyyətdə yoxsulluğun aradan qaldırılmasına çalışır. Yoxsullara, imkansızlara kömək nümunəvi qadının həyat proqramlarındandır. Buna görə də Qurani-Kərim sədəqə verən qadınların mükafatını iki qat ödəyəcəyini buyurur. (Hədid, 18) Şərif ayədə gözəl bir tərif işlədilmişdir. Allah-Taala sədəqəni ona verilən borc, ən gözəl borc adlandırır. Ayədən mlum olur ki, belə sədəqə nəinki malı azaltmır, hətta onu qat-qat artırır. Belə yardım geniş mənada cihad meydanını da əhatə edir. Necə ki, ilkin İslam dövründə mömin qadınlar cihad meydadınında iştirak edir, arxa cəbhədə olsa belə bacardıqları işi görürdülər. Yada salınan əyəyə əsasən, Fironun zövcəsi ədalətli bir cəmiyyət arzusunda idi. O zülm-sitəmdən uzaq, ədalət üzərində qurulmuş bir cəmiyyət arzulayırdı. Demək, Quran nəzərində ləyaqətli qadın inqilabi ruhiyyəyə malikdir, zülmlə barışmır. Belə qadın ədalətin hakim olduğu cəmiyyət sorağındadır.

9.İsar

İslam təlimlərində geniş yer almış təlimlərdən biri İsardır. Isar insanın öz ehtiyac duyduğu bir şeyi Allah yolunda verməsidir. Qurani-Kərim nümunəvi qadının İsar əhli olduğunu qeyd edir. İsar ən üstün ilahi dəyərlərdəndir. Allah-Taala nümunəvi qadınları İsar əhli kimi təqdim edir. Onlar cəmiyyətdəki yoxsulluğu aradan qaldırmaq üçün bütün imkanlarından istifadə edirlər. Başqalarının rahatçılıqı naminə öz rahatçılıqlarını qurban verirlər. Qurani-Kərimdə buyurulur ki, mühacirlərdən öncə Mədinədə iman gətirənlər onların yanına köçənləri sevir, onların qəlbində həsəd yoxdur, özləri ehtiyaclı olsalar belə mühacirləri özlərindən öndə nəzərə alırlar. Azğın nəfsin tələblərinə boyun əyməyən qurtuluş əhlidir. (Həşr, 9)

Təfsirçilər şərif ayənin nazil olma şəni barədə deyirlər: Bir şəxs Peyğəmbərə (s) ərz etdi ki, acam. Peyğəmbər bu şəxsə yemək verilməsini istədi. Amma evdə yeməyə bir şey yox idi. Həzrət (s) ətrafındakılardan soruşdu ki, kim bu şəxsi bu gecə qonaq saxlayar? Ənsardan olan bir şəxs öz hazırlığını bildirdi və həmin şəxsi evə apardı. Onun da evdə ailə-övladı üçün az miqdarda qidası var idi. Evdə olanları qonağın süfrəsinə qoydu. Bu vəziyyətdə işıqları söndürdü. Həmin gecə ailə-övladları ac qaldılar. Amma bütün ailə üzvləri qonağa süfrə açılmasından şad idilər. Peyğəmbərin (s) görüşünə gəldikləri zaman Peyğəmbər (s) onlara təbəssümlə baxdı və Həşr surəsindən ayəni oxuyub, bu insanların isarını təqdir etdi. Bəli, Allah-Taalanın ləyaqətli, nümunə saydığı qadınlar ac qalıb, başqalarına süfrə açarlar. Onlar xalqın azadlığı yolunda özlərini qurban verərlər. Məzluma uzanan əlin qarşısında dayanıb zərbəni öz üzərlərinə götürərlər. Məzlumun başına enən qılıncın qarşısında dayanarlar.

Hüseyn Qəffari

Vilayet.nur-az


4902 بازدید
در حال ارسال اطلاعات...