Həsədin sonuMötəsim Abbasinin xilafəti dövründə alim bir nəfər xəlifənin məclisinə daxil olur. Mötəsim onun söhbətlərindən çox zövq aldığından əmr edir ki, bir neçə gün onun məclisində iştirak etsin. Beləliklə onu da öz həmdəmlərindən qərar verir.
Mötəsimin yaxınlarından birində o alimə qarşı həsəd baş qalxızır və fikirləşir ki, onun işini əlindən ala bilər. Onu necə aradan aparmaq üçün planlar cızmağı fikirləşir. Bir gün xəlifənin yanından çıxdıqdan sonra alimdən onlara gedib biraz söhbət edib, nahara da qalmasını xahiş edir. Alim də onun təklifini qəbul edir.
Nahar yeməyində süfrəyə sarımsaq da qoyur. Alim də o sarımsaqdan çoxlu yeyir. Günortadan sonra ev yiyəsi xəlifənin yanına gedib alim haqda xəlifəyə deyir: Mənim sizə qarşı olan sədaqətimdən bu sirri sizə deməməyə bilməzdim. Sizin bəyəndiyiniz bu alim gizlində camaata deyir: Xəlifənin ağzının iyi bizi öldürür, özü də tez-tez bizi öz yanına çağırır. Xəlifə həddən artıq narahat olur və onun çağırtdırır. Alim sarımsaq yediyindən iy gəlməsin deyə xəlifədən bir az aralıda ağzını dəstmalla tutub oturur.
Xəlifəyə yəqin olur ki, vəzir düz deyib. İşçilərindən biri məktub yazır ki, bu məktubu gətirənin boynunu vursun.
Qısqanc vəzir xəlifəni o biri otaqda gözləyirdi və birdən o alimin əlində məktub xəlifənin yanından çölə çıxdığını görür. Fikirləşir ki, o məktubda alimə çoxlu mal-dövlət verilməsi yazılıb. Həsədi bir az çox şiddətlənir və deyir: Mən səni bu zəhmətdən xilas edirəm və o məktubu 2000 dinara alıb deyir: Bir neçə gün özünü xəlifəyə göstərmə. O da qəbul edir.
Vəzir məktubu xəlifənin dediyi adama verir və o da vəzirin boynunu vurur.
Bir müddətdən sonra xəlifə soruşur ki, bizim alimimiz hardadır? Səfərə gedib? Dedilər: Xeyr, biz onu görmüşük. Xəlifə onu çağırtdırır və təəccüblə soruşur: Sənə verdiyim məktub Amilə çatdırmadın? Məktub və vəzirin hadisəsini xəlifəyə danışır. Xəlifə deyir: Səndən sul soruşacam, yalan cavab vermə. Sən xəlifənin ağzının iyi bizə əziyyət edir demisən? Cavab verir: Xeyr. Xəlifə bir az da təəccüblənib deyir: Bəs niyə mənim yanıma gələndə uzaqda əyləşib ağzını da dəstmalla tutmuşdun?
Cavab verir: Vəzir məni öz evinə aparıb sarmısaq yedizdirmişdi və qorxdum ki ağzımın iyi sizə əziyyət edə.
Xəlifə deyir: Allahu Əkbər, vəzirin həsəddən ölməyini və alimin sağ qalması hadisəsini hamıya danışır və hamılıqla heyrətdən donurlar.
Şeytanın tələsiAyətullah Şeyx Mürtəza Ənsarinin şagirdlərindən biri deyir: Nəcəfdə Şeyxin yanında təhsil alırdım. Bir gecə yuxuda Şeytanı gördüm, əlində ip vardı.
Şeytandan soruşdum ki bu iplər kimin üçündür? Şeytan dedi: Bunları insanların boynuna atıram və özümə tərəf çəkərək tələyə salıram. Bir gün bu möhkəm iplərdən birini Şeyxin boynuna atdım və onu otağından onun yaşadığı evin küçəsinə kimi çəkdim. Təəssüflər olsun ki, əlimdən çıxıb qayıtdı.
Sübh Şeyxin yanına gəlib yuxumu ona danışdım. Ayətullah Şeyx Mürtəza Ənsari buyurdu: Şeytan düz deyir. Məlun Şeytan dünən məni aldatmaq istəyirdi ki, Allahın köməyi ilə əlindən qaçdım. Dünən pulum yox idi. Təsadüfən evdə bir şey lazım oldu və öz-özümə dedim ki, bir riyal İmam Zaman malından məndə var və hələ istifadə vaxtı çatmayıb. Onu borc götürüm, sonra yerinə qoyaram.
Bir riyalı götürüb evdən çıxdım. Lazım olan şeyi almaq istəyəndə öz-özümə dedi: Mən bu borcu sonra necə qaytara biləcəm? Belə bir tərəddüddə idim və qərara gəldim ki evə qayıdım. Bir şey almamış evə qayıtdım və o pulu öz yerinə qoydum.
Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov