Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

Bağışlayın ki, bağışlanasınız

İnsan qəlbinə təlatüm gətirən, onu narahat edən hallardan biri də kimlərəsə qarşı kin-küdurət, intiqam hissidir. Bir çoxlarımız üçün bəlkə də ən çətin iş bağışlamaq, ətrafdakıların səhvlərinə göz yummaqdır. Bəziləri isə çox rahatlıqla bağışlayır, qəlblərində düşmənçiliyə yer vermirlər.

Çox vaxt özümüzə sual veririk ki, filankəsi bağışlaya bilərəmmi? Əslində incidiyimiz tərəfi bağışlamadıqda öz rahatlığımızı pozmuş oluruq. Bu zaman münasibətlər daha da mürəkkəbləşir, incidiyimiz adamların siması yuxudan oyanan kimi təsəvvürümüzdə canlanır.

Bağışlamaq nədir? Bağışlamaq ətrafdakıların səhvlərini yaddan çıxarmaq və ya buna dözmək deyil. Biz bağışlamağa məcbur deyilik. Amma biləndə ki bağışlayanda necə rahat olacaqsan, hökmən bu işi görərsən. Bağışlamaqla kin-küdurət saxlamaq arasında yerlə göy arası fərq var. Bağışlamaq böyüklük əlamətidir. Bağışlayan insan düşmənçilik hislərindən azad olur. Başqalarını bağışlamadıqda məyus, bədbin oluruq.

Bağışlamaq əzab-əziyyətdən qurtarmaq üçün çıxarılmış qərardır. Keçmişdən qalmış düşmənçilik yükündən azad olmaq üçün hökmən bağışlamalısan. Bəziləri buna əhəmiyyət vermir, düşünür ki, düşmənçilik hissləri ilə yanaşı rahat yaşamaq olar. Əslində belə deyil. Bağışlamaq insanı qorxu və qəzəb zindanından azad edir. Unutmamalıyıq ki bu zindanı özümüz yaratmışıq.

Bəlkə də elə gün olmur ki kiminsə rəftarından inciməyək. Bu hiss bəzən tez ötüb-keçir, bəzən illərlə uzanır. Hamının qəbul edəcəyi bir həqiqətdir ki insanı möcüzəli şəkildə rahatlığa çıxaracaq iş bağışlamaqdır. İnsana qəlb rahatlığı gətirən əksər iş yaxşıdır və bu halı yaradan müqəddimələr də müsbət sayılır. İlk öncə düşüncələrimizə diqqətli olmalıyıq. Əksər dərmanların bir xəstəliyə faydası varsa, bununla yanaşı zərərləri də var. Bağışlamamaq buna bənzəyir. Onun səbəbi olsa da, insan ruhu və cisminə zərərləri var.

Əlbəttə ki, bəzən kimlərləsə rabitələri kəsmək lazım gəlir. Kiminləsə rabitəni kəsmək ilk baxışda çətin görünə bilər. Bu zaman təyin etməliyik ki atdığımız addım ədalətlidir, yoxsa yox? Bu zaman qarşı tərəfin səhvini dəqiq dəyərləndirmək, münasibətlərin davamının mümkün olub-olmadığını bilmək lazımdır. Əgər bir şəxslə münasibətlər kin-küdurəti gücləndirirsə, qəlb aramlığını pozursa rabitələrə son qoymaq münasibdir.

Həkimlər hazırda dərmanların zərərli tərəflərinə çox diqqət yetirir. Onlar xəstələrə də bu mövzuda tez-tez xəbərdarlıq edirlər. Artıq əksər xəstə də istifadə etdiyi dərmanın zərərli tərəflərini bilmək istəyir. İnsan bilməlidir ki onun zehninə daxil olan hər bir düşüncənin xeyirli və zərərli tərəfləri ola bilər. İnsan bir fikri qəbul etməzdən öncə onun zərərlərini müəyyənləşdirməlidir. Əgər rahatlıq istəyiriksə, əvvəlcə zehnimizə nəzarət etməliyik. İnsanın zehninə bir narahatedici fikir düşdükdə onun aramlığına son qoyulur. Düşmənçilik belə fikirlərdənrdir. İnsan zehnində düşmənçiliyə yer tapılarsa artıq o rahatlıqla vidalaşmalıdır. Mənfi düşüncə insanın bütün orqanizmini, ruhunu əhatə edir. İnsan orqanizmində bir nöqtə belə pis düşüncədən amanda deyil. Bağışlamaqsa həmin bu xəstəliyin ən mövcüzəli dərmanıdır. İnanın ki, çoxlarında baş ağrı, bel ağrı, mədə yarası, yuxusuzluq, ümidsizlik və başqa ağrılar yaranmasının ilk səbəbi düşmənçilik düşüncəsi olub. Xəstələndiyimiz zaman dərhal dərmana əl uzadırıq. Hansı ki düşüncəmizə viruz daxil olduqda onu rahatlıqla qəbul edir və özümüzə ölüm hökmü vermiş oluruq.

Bu xəstəlikdən necə qurtaraq? Bu xəstəliyin ən güclü müalicəsi nədir? Zərrəcə şübhə etməyin ki, bağışlamaq ən böyük dərmandır və insan ruhunu əzabdan qurtarır.

İnsan özünə çox fikir verdikdə, özünü böyük gördükdə, mənəm-mənəm dedikdə bağışlamaq sifətini əldən çıxarır. Onun qəlbində iblis fəryad qoparır ki səninlə pis rəftar etmiş filankəsi bağışlamaq olmaz! Bu fəryadların arxasında təkəbbürdən başqa bir şey dayanmır. Belə bir insan özünü zəhərləmiş şəxs kimidir. Bağışlamaqla sağalacağı təqdirdə bağışlamamaqla ölümə doğru gedir. İnsan şükür etməlidir ki, həmişə bağışlamaq fürsəti var. Nə qədər çox bağışlasan bir o qədər rahatlaşarsan. Həyatda dəyərli nə varsa bağışlamaq onu artırır. Bağışlamaqla insan heç nə itirmir. Qəlbdə kin-küdurət saxlayıb, dildə bağışlamaq deməyin faydası yoxdur. Əsas qəlbən bağışlamaqdır. Əgər bağışlamaq qəlbə sevinc gətirmirsə demək niyyət bağışlamaq olmayıb. Araşdırmalar göstərir ki, bağışlaya bilən insanlar qəm-qüssə, qəzəb, stresdən uzaqlaşır, gələcəyə ümidli olur. Bağışlayan insanın bədənində müqavimət qüvvəsi artır.

Qeyd etdik ki, çoxlarımız bağışlaya bilmirik. Bağışlamaq sifətini əldə etmək üçün çalışmaq lazımdır. Bu zaman istəyir. Bu barədə nə qədər çox düşünsək bir o qədər müsbət nəticə əldə edərik.

Bağışlamağı məşq etmək üçün heç vaxt qarşı tərəfin üzr istəməsini gözləməyin. Axı sizi incitmiş adamların çoxu üzr istəmək fikrində deyil. Əgər üzr gözləsəniz olsun ki heç vaxt bağışlamayasınız. Mövzuya başqalarını gözü ilə baxın. İncidiyiniz insana mərhəmət gözü ilə baxsanız onun səhvini nadanlıq, cəhalətinə yozarsınız. Belə düşüncə bağışlamağa kömək edir.

Bağışlamaq üçün digər bir amil bağışlamağın faydalarını bilməkdir. Bağışlayan insanların iş enerjisi çox olur. Maraqlı nöqtə odur ki, insan özünü də bağışlamağı bacarmalıdır. Bəziləri başqalarını bağışlamağı bacarır, özünü isə yox. Özünüzü bağışlaya bilməsəniz özünəinam hissini itirərsiniz, əliniz işdən soyuyar.

Bağışlamaq üçün yoldakı maneələri aradan qaldırmalıyıq. Özümüzə təlqin etməliyik ki, hadisələr keçmişdə baş verib və onların bu günə aidiyyatı yoxdur. Bağışlamaq yolunda əsas maneələrdən biri də qorxudur. Araşdırmalar göstərir ki bağışlamaq barədə düşünən insan bəzən qorxu keçirir. O baş vermiş səhvlərin təkrarlanacağında qorxur. Nəticədə zərbə özünə dəyir. Onun orqnizmində müqavimət qüvvəsi azaldığından xəstəliyə tez yoluxur.

İnsan həyatında təyinedici amillərdən biri onun etiqadı, inancıdır. Müsəlman bir şəxs ilahi təlimlərə bağlandıqda əmin olur ki, bağışlamaqdan böyük iş yoxdur. O özünü günahkar görür və bağışlanmaq üçün bağışlamağın mühüm olduğunu anlayır. Təbii ki bağışlamaqla keçmiş dəyişmir. Amma bu dəqiqdir ki, gələcəyimiz dəyişir. Bağışlayın ki, bağışlanasınız. Bu Allah-Taalanın öz bəndələrinə əsas göstərişlərindəndir.

Nur-az.com/Tebyan


7060 بازدید
در حال ارسال اطلاعات...