Əbu Məhəmməd siqaret çəkənləri həbs edirdi, özü isə evdə siqaret çəkirdi. O, döyüşlərdə öldürüləndən sonra mən Türkiyəyə qaça bildim

CNN telekanalının verdiyi məlumata görə, İŞİD-in əlinə keçən müxtəlif yaşlı və müxtəlif cinsiyyətli insanlar terrorçuların vəhşi işgəncələrinə məruz qalırlar. Belə qurbanlardan biri olan suriyalı qız öz hekayəsini ağlaya-ağlaya, qorxa-qorxa belə anladır:
“Onlar mənim həyatımı məhv etdilər. İŞİD bizim şəhərimizə çatanda istədikləri adamı həbs edirdilər. Qardaşım döyüşdə öldürülmüşdü, atamı isə həbs etdilər. Mən və anam onlara yalvararaq atamı azad etmələrini istədik. Onlar anama dedilər ki, əgər mən İŞİD-in Şəriət polisinin rəisinə ərə getsəm, atamı buraxacaqlar. Əsl adını bilmirəm, amma ona Əbu Məhəmməd İraqi deyirdilər. Mən yalnız onun yanında, onun telefonu ilə valideynlərimlə danışa bilirdim. Əslində, onun dustağı və cinsi əsiri idim. Nə evdən bayıra çıxa bilərdim, nə də kimsə yanıma gələ bilərdi. Ərim siqaret çəkənləri həbs edirdi, özü isə evdə siqaret çəkirdi. O, döyüşlərdə öldürüləndən sonra mən Türkiyəyə qaça bildim. Onlar məni başqa bir döyüşçülərinə ərə vermək istəyirdilər”.
O, İŞİD terrorçularının cinsi təcavüzünə məruz qalmış yüzlərlə müsəlman qızdan biridir. Belə qızların üçdə birinin yaşı 18-dən aşağını təşkil edir. Bu növ məcburi nikahlar isə, heç şübhəsiz, onların ruhunu parçalayıb məhv edir.
Nur-az.com