Hizbullahın İsrail hərbçilərinə qarşı son qisas əməliyyatını İranın gizli müharibəsi adlandıran “Times of Israel” qəzeti müsəlmanlar tərəfindən mürəkkəb döyüş şəbəkəsinin yaradıldığını bildirir.
Qəzet yazır: “İsrailin Xarici işlər naziri Hizbullahın Suriyanın Quneytərə bölgəsindən keçən avtomobil karvanında iranlı zabitin olduğunu bilirdi. İsrail helikopterinin endirdiyi raket zərbələri nəticəsində həmin zabit, Muğniyənin oğlu və digər Hizbullah əsgərləri öldürüldülər. Bundan sonra İslam İnqilabının Mühafizəçiləri Korpusunun Qüds qanadının komandanı General Qasim Süleymani qisas əməliyyatlarını sürətləndirmək məqsədilə öz hərbçilərindən ikisini Livana göndərdi və 28 yanvarda qisas alındı”.
“Times of Israel” əlavə edərək yazır: “General Qasim Süleymani təxminən həmin vaxtda Cihad Muğniyənin məzarı başında oturub Quran oxuyurdu. O, İmad Muğniyəyə və onun oğlu Cihada çox yaxın idi. Bu, cari münaqişələr fonunda dini yaxınlığın millətçiliyin yerini tutduğunu göstərir”.
Müəllif regionda İranın nüfuzunun artdığını bildirərək, Hizbullahla Fələstin təşkilatları arasında münasibətlərin inkişafından narahatlığını ifadə edir. Onun sözlərinə görə, İranın HƏMAS-ı Hizbullahı dəstəkləməyə çağırması İsraili həmişəkindən daha çox təhdid edir.
Qəzet yazır ki, Hizbullah İranın Şam bölgəsindəki qolu olmaqla yanaşı, öz livanlı kimliyini də qoruyub-saxlamışdır.
Nur-az/Keyhan