Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2023

Sionist analitik: Təl-Əviv HƏMAS-a təslim olub

Sionist mediası bu şənbə günü etiraf edib ki, sionist rejim Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) ilə son qarşıdurmalarda məğlub olub.

“Kanal 13” HƏMAS-ın işğalçı rejim ordusunu təslim olmağa məcbur edə bildiyini və böyük nailiyyətlər əldə etdiyini bildirib. Çünki Təl-Əviv minlərlə Qəzza vətəndaşının iş üçün işğal olunmuş ərazilərə qayıtmasına və daxil olmasına razılıq verməli oldu.

Bu kanalın bildirdiyinə görə, Qəzzə zolağının şərq sərhədlərində “Qayıdış yürüşləri”nin başlamasından sonra sionist rejim rəsmiləri Qəzzada nəzarət-buraxılış məntəqələrini bağlamağa məcbur oldular, amma nəhayət HƏMAS-a təslim oldular və keçidləri açdılar.

Sionist analitik Zvi Yehzakli bununla bağlı deyib: “HƏMAS İsraili sülh istəməyə məcbur edə bildi. HƏMAS İsraildəki işçilərin blokadasına cavab olaraq nümayişlərə görə məsuliyyəti öz üzərinə götürdü. İsrail bir neçə ildir ki, Qəzzadan olan işçilərin (işğal olunmuş ərazilərə) daxil olmasına icazə vermir. HƏMAS işçilərin işə qayıtmasını istədikdə, nümayişi başladı.”

Yehzakli sionistlərin HƏMAS-ın müşahidə məntəqəsinin bombalaması ilə bağlı yaydıqları şəkli ələ salaraq dedi: “HƏMAS asayişi bərpa edə bildi, amma bu onun barmağını tətikdən götürməsi mənasını daşımır. Çünki (sionistlərə) kəskin xəbərdarlıqlar etməkdə davam edir.”
2234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP