Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2023

İordaniya Kralı: Fələstin məsələsi həll olunmayınca, bölgədə iztirablar davam edəcək

İordaniya Kralı II Abdullah çərşənbə axşamı BMT-nin Baş Assambleyasındakı çıxışında deyib:

“Bölgəmizdəki əzab və narahatlıqlar dünya bu bölgədəki münaqişənin sona çatmasına kömək edənə qədər davam edəcək. Əsas məsələ olan Fələstin-İsrail münaqişəsi davam etdikcə, bölgəmizdəki əzab və iztirablar da davam edəcək”.

Kral çıxışının davamında vurğulayıb: “Beş milyon fələstinli işğal altında, sosial hüquqlardan və hərəkət azadlığından məhrum vəziyyətdə yaşayır.”

II Abdullah bir daha qeyd edib ki, Fələstin məsələsi həll olunmayana qədər bölgədəki iztirablar davam edəcək və iki dövlət yaradılması həll yolu, regionda sülhə nail olmağın yeganə yoludur.
2618 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP