Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2023

İran yeni dəniz qüvvələri koalisiyası yaradır

BƏƏ-nin ABŞ-ın İran əleyhinə dəniz koalisiyasından çıxmasının səbəbi məlum olub. Bu ölkə İranın yaratdığı hərbi dəniz koalisiyasına qoşulur.

Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani televiziyaya verdiyi müsahibədə regionda və onun hüdudlarından kənarda yeni ittifaqların yaradılması barədə açıqlama verərək deyib: “Bugün region ölkələri o nəticəyə gəlib ki, əgər regionda təhlükəsizlik bərqərar olacaqsa, bunu sinerji və əməkdaşlıq yolu ilə etmək və qurmaq olar. Bu istiqamətdə regionda və onun hüdudlarından kənarda yeni koalisiyalar yaradılır.”

Hərbi Dəniz Qüvvələrinin komandanı İran, Rusiya və Çinin dəniz ittifaqına toxunaraq bildirib ki, bu üçtərəfli koalisiya bizim hər il təlimlər keçirdiyimiz Rusiya və Çinlə birlikdə inkişaf edir. Bundan əlavə, regional koalisiyalar formalaşır.

Admiral vurğulayıb: “Tezliklə biz bölgəmizin hər hansı bir əsassız qüvvədən xilas olacağının və bölgə xalqının öz qüvvələrindən istifadə edərək öz təhlükəsizlik dairəsinə hakim olacağının şahidi olacağıq.”
O, hansı ölkələrin İranla birgə regional hərəkatda iştirak etmək istəməsi ilə bağlı suala cavab olaraq deyib: “Bizim əvvəllər Omanla birgə fəaliyyətimiz olub və hal-hazırda Səudiyyə Ərəbistanı bu hədəfi izləyərək ona daxil olub. BƏƏ, Qətər, Bəhreyn, İraq, Pakistan və Hindistan da koalisiyaya qoşulmaq istəyən ölkələr sırasındadır.”

İrani əlavə edib: “Şimali Hind Okeanı regionunun demək olar ki, bütün ölkələri İran İslam Respublikasının yanında olmaları və əhəmiyyətli sinerji ilə birlikdə təhlükəsizliyi təmin etmələrinin lazım olduğuna inanıblar.”

Bundan əvvəl də BƏƏ-nin ABŞ-ın İran əleyhinə dəniz koalisiyasından çıxması haqda məlumat təsdiqlənmişdi. Belə ki, BƏƏ XİN-nin bəyanatında vurğulanır: “BƏƏ hökuməti regional təhlükəsizlik və sabitlik də daxil olmaqla ümumi məqsədləri gücləndirmək üçün vasitə kimi dinc dialoqa və diplomatik yollara sadiqdir. Bütün tərəfdaşlarla təhlükəsizlik sahəsində fəal və effektiv əməkdaşlığın davamlı qiymətləndirilməsinə uyğun olaraq, BƏƏ hökuməti iki ay əvvəl Birləşmiş Dəniz Qüvvələrindən (Fars körfəzindəki ABŞ koalisiyası) çıxmışdır.”
1466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP