Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2023

Həşd-Şəbi İraqın mərkəzində İŞİD-ə qarşı böyük əməliyyata başladı

Həşd-Şəbi qüvvələrinin bu gün səhər saatlarında (şənbə) Səlahəddin əyalətinin Tuz-Xurmatu bölgəsində başlatdığı genişmiqyaslı əməliyyat nəticəsində indiyədək İŞİD-in 10 sığınacağı aşkar edilib.
“Əl-Sumaria News” saytının məlumatına görə, Həşd-Şəbinin 57-ci briqadasının qüvvələri və çevik reaksiya qüvvələri Tuz-Xurmatu bölgəsində İŞİD-in 7 sığınacağı aşkarlaya bilib. Təpələrdə və dağlarda qazılan bu sığınacaqlarda İŞİD terrorçularına məxsus çoxlu sayda partlayıcı, maddi-texniki materiallar və tibbi məmulatlar aşkar edilib.
Həşd-Şəbinin 63-cü briqadası da eyni ərazidə İŞİD-in üç sığınacağını aşkarlaya bilib.
Tuz-Xurmatu bölgəsi 2014-cü il oktyabrın 17-də ordu, peşmərgə və Həşd-Şəbinin iştirakı ilə bir neçə ay davam edən əməliyyat nəticəsində İŞİD işğalından azad edilib. Bu ərazidə 45 kənd var.
Babul vilayətinin “Cərf ən-Nəsr” ərazisində İraq torpaqlarının İŞİD terrorçularından təmizlənməsi prosesi dünəndən davam edir. Bu arada Əmmar Ati əl-Kəbi adlı Həşd-Şəbi üzvü mina partlaması nəticəsində şəhid olub. Dünən də həmin ərazidə Həşd-Şəbinin digər döyüşçüsü Şakir Hassun şəhid olub.
İraqın Xalq Səfərbərlik Təşkilatının (Həşd- Şəbi) rəhbəri Faleh əl-Fəyyaz ötən şənbə günü İraqın şimal-qərbindəki Neynəva əyalətində keçirilən mərasimdə bildirib ki, İraq qüvvələrinin əməliyyatları sayəsində artıq İŞİD terrorçuları əvvəllər sahib olduqları qabiliyyətə malik deyillər.
Faleh əl-Fəyazın sözlərinə görə, İŞİD təkfirçi qruplaşması artıq əvvəlki sosial bazaya malik deyil. O, terrorçuların sayının təqribən 700 nəfər olduğunu bildirib.
1405 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP