Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2023

İtaliya mediası: Qərb heç vaxt general Süleymanini unutdura bilməyəcək

İtaliyanın “Durige” təhlil və xəbər saytı “Tanrı, İdeal və Torpaq: Kölgədə olan Komandir” başlıqlı məqaləsində şəhid general Qasım Süleymaninin İran və regiondakı mövqeyindən söz açıb.

Məqalədə qərb KİV-lərində ağır senzura mühitinə və ifadə azadlığının olmaması haqda yazılır: “Qasım Süleymani haqqında məqalə yazmaq faktiki olaraq jurnalistin intiharıdır. Çünki o jurnalist ən yaxşı halda tənqid və məcburi senzuraya məruz qalmış bir məzmunu (ən azı sosial mediada) ifşa edir.”

Məqalə yazır: “Donald Tramp üçün terrorçu sayılan biri, eyni zamanda, Ayətullah Xamenei üçün şəhid idı. Qərbin bir hissəsi və İŞİD ondan qorxurdu, amma eyni zamanda, Yaxın Şərqin çox yerlərində qəhrəman sayılır. Onun cənazəsinin dəfnində milyonlarla insanın iştirak etməsi, sosial şəbəkələrdə həddindən artıq nüfuza malik olan güclərin onu heç vaxt yaddaşlardan çıxara bilməyəcəyinə konkret sübutdur.”
Məqalə şəhid Süleymaninin İŞİD-ə qarşı mübarizədəki rolunun əhəmiyyətinə də toxunaraq yazır: “Süleymaninin kölgədə olması (mövcud statistik məlumatlara əsasən, o, 2021-ci ildə asanlıqla İranın prezident seçkilərində namizəd ola və qalib gələ bilərdi, lakin Süleymani heç vaxt seçkidə iştirak etmək istəyini nümayiş etdirmədi), inqilabi ideallara tam sədaqəti, İslam dininə dərin inamı onu real və xüsusi bir simvola çevirdi. Bu, bəziləri üçün xoşagəlməz olsa da, amma o, şəhidlərin mübarizə yolunun, gecə-gündüz mücahidliklərinin, fədakarlığının və ideallara təsvirolunmaz maraq və məhəbbətin simvolu idi. Yaxın Şərqdə xristianlıq təhlükə altında olduğu və yezidilərə hücum edildiyi zaman sərdar Süleymani dünyada İŞİD-ə qarşı məqsədyönlü və mütəşəkkil mübarizə aparan yeganə şəxs idi.”

Məqalənin müəllifi sərdar Süleymani haqqında İtaliyada nəşr olunan kitaba istinad edərək əlavə edir: ““Qasım Süleymani; Allahın döyüşçüsü” kitabında İmam Xamenei, Seyid Nəsrullah, Əbdülməlik Bədrəddin əl-Husinin sözlərindən çoxsaylı dəlillər və çıxarışlarından əlavə, sübut edilir ki, kölgə komandirinin müharibəsinin coğrafi sərhədləri yox idi, amma azadlığın saf təcəssümü ilə dolu idi. Habelə, bu kitabda Süleymaninin şəxsiyyətini tanımaq üçün vacib hissələri də tapırıq. Kremlin Prezident sarayının zalının ortasında namaz qılmaqdan tutmuş Hələbin cənubunda İŞİD qüvvələri namaz qılarkən onlara hücum etməkdən imtina etməyə qədər. O, belə deyir: İndi ibadət vaxtıdır. Biz namazın bərpası uğrunda döyüşmək üçün buradayıq. Əgər düşmənlərimiz namaz qılarkən onlara hücum etsək, öz ideyamıza xəyanət etmiş olarıq.”

İtaliya mediası müqavimət komandirlərindən birinin sözlərinə də istinad edərək yazır: “General-mayor Hacı Bəhram Derəykəvənd “İmam Mehdi İslam Dərnəyi” tərəfindən nəşr olunan kitabda dediyi kimi onun bir döyüşçü kimi unikal varlığı döyüşdə və döyüşdən kənarda bələdçi idi və bu mövzu hətta düşmənlərinin ona güvənməsinə səbəb olurdu. İŞİD yaraqlıları tam bir ay Suriya ilə İraq arasında müqavimət qüvvələri və Amerika ordusu tərəfindən mühasirəyə alınmışdı və oradan çıxa bilmirdilər. Onların arasında uşaqlar, qocalar və gənclər də olub. Onlar regionun boşaldılması üçün Rusiyaya, Amerikaya, Türkiyəyə, Yunanıstana inanmadılar, evakuasiya üçün yalnız bir şərtləri var idi... Hər şey Hacı Qasimin dəstəyi və nəzarəti ilə baş verməlidir.”

Yazının sonunda qərbin və qərb mediasının yanaşması ilə bağlı tənqidi fikirlər yer alır: “Sərdar Süleymani, Amerika rəsmiləri üçün terrorçu, Yaxın Şərq üçün şəhid və qəhrəmandır. O, qərbdə kərkəslər dairəsini qırmağa qadir şəxsdir. Sərdar Süleymani tarixin hələ də senzuraya yox, tərifə və danışılmağa layiq bir səhifəsidir. Şəhidlik sübhünü əldən verənlər üçün ölüm axşamı qəmlidir. Çünki... şəhadət olmadan, uduzmaq və ya ölmək arasında nə fərq var?”
2514 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP