Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2023

ABŞ Konqresinin Tədqiqat Mərkəzi İrana qarşı bütün tədbirlərin iflasa uğradığını etiraf edib

Tədqiqat Mərkəzi: İran hökumətinin Yaxın Şərq regionunda əhəmiyyətli təsiri var.
Amerika Konqresinin Tədqiqat Mərkəzi ölkənin qanunverici orqanına göndərdiyi son hesabatında ABŞ-ın müxtəlif hökumətlərinin İrana qarşı icra edilmiş bütün yollarının uğursuzluğunu etiraf edib.
Hesabatda vurğulanır: “Konqres ABŞ-ın İran əleyhinə siyasətinin formalaşmasında mühüm rol oynayıb, geniş sanksiyalar kontekstini təmin edib, İran tərəfindən təhdid edilən (ABŞ) tərəfdaşlarına yardım göstərib, onlara silah satılmasına icazə verib, İranın nüvə proqramı ilə bağlı danışıqlara təsir göstərməyə çalışıb və müvafiq razılaşmaların nəzərdən keçirilməsi ilə bağlı qanunvericilik aktlarını təmin edib.”
Hesabatın digər hissəsində ABŞ-ın İrana qarşı müxtəlif siyasətlərinin İranın təsirinin və bu ölkənin ABŞ maraqlarına meydan oxuya bilməsinin qarşısını almaqda uğurlu olmadığı etiraf edilir.
ABŞ Konqresinin Tədqiqat Mərkəzinin hesabatının davamında bildirilir: “Bir-birinin ardınca gələn ABŞ administrasiyaları müxtəlif siyasi vasitələrdən, o cümlədən hərtərəfli sanksiyalardan, məhdud hərbi əməliyyatlardan, İran və digər ölkələrin dövlət xadimləri ilə İranın maraqlarına qarşı təhdidlərə qarşı durmaq üçün diplomatik əlaqələrdən istifadə ediblər.”
Hesabata əlavə olunur: “2023-cü ilə qədər İran hökuməti Yaxın Şərq regionunda əhəmiyyətli təsirə malikdir, Rusiya və Çinlə yeni əlaqələri inkişaf etdirir, hələ də Amerikanın regionda və onun hüdudlarından kənarda maraqlarına meydan oxumağa qadirdir.”
3144 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.06.23, 10:00
Gəncə sakini intihar etdi
29.05.23, 10:03
Qubada dəhşətli hadisə
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
Go to TOP