Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2023

Qərb Rusiya məğlub olana qədər vuruşacaq - Patruşev

ABŞ və NATO Rusiyanı Ukraynaya qarşı təcavüzdə ittiham edir, lakin onlar özləri çox konkret məqsədləri ilə münaqişədə birbaşa iştirak edirlər.

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

“NATO Ukraynadan bir böyük hərbi düşərgə salıb. Hərbi blok Ukrayna qoşunlarına silah və sursat göndərir, onları peyk və xeyli sayda PUA sayəsində kəşfiyyat məlumatları ilə təmin edir. NATO təlimatçıları və məsləhətçiləri Ukrayna hərbçilərinə təlim keçir, muzdlular isə Ukrayna silahlı birləşmələrinin tərkibində döyüşürlər”, - Patruşev bildirib.

O, həmçinin iddia edib ki, Qərb Rusiya məğlub olana qədər bu münaqişəni dayandırmaq niyyətində deyil.
3046 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.06.23, 10:00
Gəncə sakini intihar etdi
29.05.23, 10:03
Qubada dəhşətli hadisə
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
Go to TOP