Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2023

Tehran-Riyad razılaşması sionist rejimə 1 gündə 2 zərbə vurdu

İran və Ərəbistan arasında son günlərdə münasibətlərin normallaşması haqda razılaşma sionist rejimə böyük zərbələr vurmaqda davam edir. Əbəs deyil ki, bu razılaşmadan ən çox əsəbləşən qaniçən rejim oldu və bu rejim rəsmiləri və analtikləri bunu Təl-Əviv üçün böyük məğlubiyyət adlandırdılar.
Sionist rejimin “Kan” telekanalı bazar günü bildirib ki, Səudiyyə Ərəbistanı turizmlə bağlı beynəlxalq toplantıda iştirak etməli olan sionist nümayəndə heyətinə viza verilməsinə qarşı çıxıb.
Bu xəbərə görə, Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Əl-Əla şəhəri bu beynəlxalq toplantıya ev sahibliyi edir.
Tehran-Riyad arasında yaxınlaşmadan narahat olan telekanal əlavə edib ki, Təl-Əvivin ikitərəfli münasibətləri gücləndirmək üzərində ciddi çalışdığı bir vaxtda Səudiyyə Ərəbistanı ilə İran arasındakı narahatedici yaxınlaşma kölgəsində Ər-Riyad Təl-Əvivə məyusedici mesaj göndərdi. Səudiyyə Ərəbistanı hakimiyyəti sionist rejimin turizm nazirliyinin nümayəndələrinin də daxil olduğu sionist heyətinə viza vermədi.
Uşaq qatili olan sionist rejimə ikinci zərbə isə BƏƏ-dən gəlib. Xəbər mənbələri bazar günü xəbər veriblər ki, Birləşmiş Ərəb Əmirlikləri sionist rejimdən müdafiə sistemlərinin alınması ilə bağlı müqavilələri dayandırıb.
Sionist rejimin 12-ci kanalı BƏƏ-nin bu rejimdən müdafiə sistemlərinin alınmasını dayandırmaq qərarının Netanyahu kabinetinin daxili təhlükəsizlik naziri İtmar Ben Guerin hərəkətləri və bəyanatlarına cavab olaraq verildiyini bildirib.
Sionist rejimin daxili təhlükəsizlik naziri bundan əvvəl Nablusun cənubundakı Havara şəhərinin tamamilə məhv edilməsini istəyib.
Sionist rejimin 12-ci kanalı sionsit rejim mənbələrinə istinadən bildirib ki, BƏƏ lideri Məhəmməd bin Zayed Netanyahuya göndərdiyi mesajda deyib: “Biz Netanyahunun kabinetinə nəzarət etmək qabiliyyətinə malik olduğuna əmin olana qədər, ortaq iş görə bilmərik”.
3150 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.06.23, 10:00
Gəncə sakini intihar etdi
29.05.23, 10:03
Qubada dəhşətli hadisə
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
Go to TOP