Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2023

Rus ordusu Luqanskda Ukrayna müdafiə xəttini yarıb - Hücum davam edir

Rusiya qoşunları Luqansk Xalq Respublikasında Ukrayna qüvvələrinin iki müdafiə xəttini yarıb, Ukrayna ordusu tutduqları mövqelərindən üç kilometrə qədər məsafəyə geri çəkiliblər.

Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Dairəsinin motoatıcı qoşunları Luqanskin meşəlik ərazisində düşmənin eşelonlaşdırılmış müdafiəsini yarıb.

"Rusiya hərbçilərinin sıçrayışını hətta daha möhkəmləndirilmiş ikinci müdafiə xətti də saxlaya bilməzdi", - deyə nazirliyin Teleqram kanalında qeyd olunub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, geri çəkilən Ukrayna hərbçiləri ərazini NATO tipli piyada əleyhinə minalarla uzaqdan minalayıblar. Buna baxmayaraq, rus hərbçiləri cəbhə xəttində möhkəmlənərək hücumu davam etdirdilər.
2671 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.06.23, 10:00
Gəncə sakini intihar etdi
29.05.23, 10:03
Qubada dəhşətli hadisə
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
Go to TOP