Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2023

Almaniya İstanbuldakı konsulluğunu bağladı

Almaniya XİN İstanbuldakı konsulluğunun təhlükəsizlik səbəbi ilə bağlandığını açıqlayıb.
Almaniya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda vurğulayıb ki, təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, İstanbulda terror aktları riskinin artıb və bu səbəbdən Almaniyanın Baş Konsulluğu bu gündən (çərşənbə axşamı) İstanbul şəhərində bağlanacaq.

Rusiyanın “RİA NOVOSTİ” xəbər agentliyinin yazdığına görə, Almaniya XİN-nin Türkiyədəki vətəndaşlarına etdiyi xəbərdarlıqdan sonra İstanbulun mərkəzindəki Almaniya Baş Konsulluğu terror aktları riskinin artması səbəbindən bu gündən etibarən bağlanılacağını açıqlayıb.

Almaniya XİN öz vətəndaşlarına xəbərdarlıq edib ki, Türkiyənin Beyoğlu bölgəsi və Taksim mərkəzi meydanı ətrafında hər hansı hücum ehtimalı çox yüksəkdir. Bununla bağlı o, vətəndaşlarından çox ayıq olmağı, mümkün qədər toplaşmaqdan və ictimai mərkəzlərə getməkdən çəkinməyi istəyib.
Almaniya XİN-nin bəyanatında deyilir: “Əgər siz orada yaşayırsınızsa, mənzillərinizdən kənarda olmanızı vacib işlərlə məhdudlaşdırın”.

Ötən həftə Almaniya, İsveç, Norveç və Danimarka, eləcə də ABŞ öz vətəndaşlarına Türkiyədə hər hansı bir hücum təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Vaşinqton bu həftə bazar ertəsi İstanbuldakı vətəndaşlarına xüsusi xəbərdarlıq etdi. Digər tərəfdən Türkiyə də öz vətəndaşlarına Avropa və Amerikadakı hücumlarla bağlı xəbərdarlıq edib.
1439 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP