Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2023

Təl-Əvivdə etiraz aksiyalarının 3-cü həftəsi-Qaniçən rejim daxili müharibə ərəfəsində

İşğal olunmuş Fələstin ərazilərində məskunlaşmış sionistlər Benyamin Netanyahu kabinetinin əleyhdarları ilə birlikdə üçüncü həftədir ki, küçələrə axışıblar və radikal hərəkətlərə görə öz qəzəblərini bildirərək deyiblər: Bu illər ərzində tikdiklərimizi öz əlimizlə dağıtdığımızı görürük.
Şənbə günü yüz minlərlə sionist həddindən artıq sağçı sionsit rejim kabinetinin ifrat və qeyri-qanuni hərəkətlərinə etiraz olaraq küçələrə çıxıblar. Onlar Likud partiyası və müttəfiqləri devrilənə qədər etirazları davam etdirmək niyyətindədirlər. Netanyahunun əleyhdarları və etirazçılar qondarma israil daxilində münaqişələr etmək üçün küçələrə çıxırlar.
“Əl-Məyadin” telekanalının internet saytının məlumatına görə, yüz minə yaxın sionist dünən gecə (21 iyul, şənbə) Təl-Əvivin mərkəzindəki “Kaplan” küçəsində Netanyahunun başçılıq etdiyi işğalçı hökumətə qarşı nümayişə toplaşıb. Etirazçılar “Deri get!” şüarları səsləndiriblər. Onların əllərində “Demokratiyanın xilası” və s. mövzulu plakatlar qaldıraraq qəsbkar hökumətə qarşı öz etirazlarını bildiriblər.
Kaplanla yanaşı, Təl-Əvivdəki şəhər şurası meydanında Hertezliyada hakim məhkəməsi qarşısında da nümayiş keçirilib.
Minlərlə digər sionist dünən günortadan etibarən işğal olunmuş digər ərazilərin küçələrinə etiraz aksiyası keçirib. İşğalçı rejimin təhlükəsizlik qüvvələri də aksiya iştirakçılarının sayının artmaması üçün günorta saat 4:45-dən mərkəzi yolları bağlayaraq, avtomobillərin hərəkətinə mane olmağa çalışıb. Lakin bu, dinc etirazçıların qəzəblənməsinə səbəb olub.
Bu iki nümayişdə müxalifətin hazırkı lideri, işğal rejiminin keçmiş baş naziri Yair Lapid iştirak edib və bildirib ki, “qalib gələnə qədər təslim olmayacağıq. Netanyahu Ali Məhkəmədə cavab verməlidir. Burada israilin gələcəyi ilə bağlı bir sual qarşısındayıq.”
Bu nümayişdə Leyboristlər Partiyasının rəhbəri Marav Mixayli də iştirak edib.
Bir qrup etirazçı isə sionist rejimin başçısı İshaq Hersoqun evi qarşısında etiraz aksiyası təşkil edib.
Bu barədə sionist media, 13-cü kanalı məlumat yayaraq bildirib: “Netanyahunun məhkəmə sistemi ilə bağlı addımlarına qarşı kütləvi nümayişlər ardıcıl üçüncü şənbə günü daha da genişlənməkdədir. Bu axşamki aksiyalarda hüquqşünaslar, texniki işçilər və tələbələrdən ibarət qruplar da daxil olmaqla 50-dən çox təşkilat iştirak edir.”
“Sputnik”-in “Walla” saytının siyasi analitiki Barak Rabidə istinadla yazdığına görə, şimaldan cənuba qədər 150 minə yaxın israilli nümayişçi Netanyahunun rəhbərlik etdiyi yeni kabinetə qarşı nümayiş keçirmək üçün küçələrə çıxıb.
“Haaretz” ölkənin əsas küçə və meydanlarına gələn etirazçıların sayı 130 min nəfər olduğunu bildirib.
1501 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP