Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2023

İordaniya sionist rejimin səfirini çağırdı

İordaniyanın Xarici İşlər Nazirliyi bu gün axşam saatlarında (çərşənbə axşamı) elan edib ki, sionist rejim polisi Əmmanın Təl-Əvivdəki səfirini Əl-Əqsa məscidinə daxil olmağa icazə vermədiyi üçün İordaniya sionist rejimin səfirini çağırıb.
İordaniya XİN-nin mətbuat katibi Sənan əl-Məcali açıqlamasında bildirib ki, Təl-Əviv səfirinə sərt etiraz notası verilmişdir və bunun tez bir zamanda sionist hökumətinin kabinetinə təqdim etməsi tələb olunub.
İordaniya XİN-nin rəsmi saytında dərc olunan bəyanata görə, Əmman Məscidül-Əqsanın işlərinə müdaxilə etməyə yönəlmiş bütün hərəkətləri pisləyib və Əl-Əqsa məscidinin idarəsinin bu ölkənin Vəqflər Nazirliyinin məsuliyyəti altında olduğunu, Məscidül-Əqsanın bütün işlərini idarə etməyə icazəli olan tərəfin yalnız İordaniya olduğunu vurğulayıb.
İordaniya sionist rejimi işğalçı adlandırmaqla yanaşı, işğal altındakı Qüds şəhəri və Məscidül-Əqsa ilə bağlı bu rejimin beynəlxalq hüquqa, xüsusilə də beynəlxalq humanitar hüquqa riayət etməsinin zəruriliyini vurğulayıb.
Təxminən iki həftə əvvəl İordaniyanın XİN sionist rejimin daxili təhlükəsizlik nazirinin Məscidül-Əqsaya qeyri-qanuni daxil olması səbəbindən sionist rejimin səfirini çağırmışdı.
Sionist rejimin daxili təhlükəsizlik nazirinin bu hərəkətindən sonra İordaniya parlamentariləri Məscidül-Əqsanın təhqir olunmasına cavab olaraq bu rejimin səfirinin öz ölkələrindən çıxarılmasını tələb ediblər.
İşğal edilmiş Fələstin ərazilərində Netanyahu hökumətinin formalaşmasından sonra bu rejimin strukturlarında uyğunsuzluq büruz etmişdir və rejim siyasətçiləri daxili müharibənin qaçılmaz olduğunu vurğulayırlar.
İki gün öncə on minlərlə sionist (80-150 min nəfər) Təl-Əviv və Hayfa şəhərlərində sionist rejimin baş nazirinə qarşı nümayiş keçirdi. Sionist rejimin keçmiş müharibə naziri Benni Qantz da Netanyahu əleyhinə Təl-Əvivdə keçirilən nümayişə qatıldı.
1486 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP