Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2022

Almaniyada məktəbə bıçaqlı hücum: Yaralılar var

Almaniyanın cənub-qərbində məktəbə bıçaqlı hücumun təşkil edildiyi və 2 şagirdin yaralandığı açıqlanıb. Hücum edən şəxsin saxlanıldığı bildirilir.

Almaniyanın cənub-qərbindəki Baden-Vürtemberq əyalətinin İllerkirxberq qəsəbəsində ibtidai məktəb yaşında olan iki uşağın bıçaqlı hücuma məruz qaldığı bildirilib.

Bild qəzetinin xəbərinə görə, bir kişi məktəbə gedən iki qıza bıçaqla hücum edib.

Uşaqlar xəstəxanaya aparılarkən, şəxsiyyəti açıqlanmayan şəxsin nəzarətə götürüldüyü bildirilib.

Bild yazıb ki, hücum edən şəxs hadisədən sonra yaxınlıqdakı immiqrasiya mərkəzinə qaçıb, lakin onun normal olaraq orada yaşayıb-yaşamadığı məlum deyil. Xəbərə görə, həmin vaxt mərkəzdə olan şəxs və digər şəxslər də saxlanılıb.
2371 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP