Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2022

Azərbaycanda bir ailənin 4 üzvü güllələnərək öldürüldü

Beyləqanda bir ailənin dörd üzvü öldürülüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin dörd üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Beyləqanda törədilən dəhşətli cinayətin təfərrüatları:

Hadisəni törədən Fuad Cəlilzadənin ailəsi ilə qətlə yetirilən ailə arasında düşmənçilik olub.

Bir neçə il əvvəl Fuad Cəlilzadənin atası Loğman Cəlilzadə qətliama məruz qalan ailənin başçısı Nadir Quliyevi yol üstündə yaba ilə vurub. O, yabanı N.Quliyevin qarnına soxub. Həkimlərin səyi nəticəsində o zaman N.Quliyevi xilas etmək mümkün olub. L. Cəlilzadə isə həbs edilib.

Məlumata görə, L.Cəlilzadə həbsdən çıxandan sonra N.Quliyevin ailəsi ilə ədavəti davam etdirib. Nəticədə bu gün L.Cəlilzadənin oğlu Fuad Cəlilzadə ov tüfəngi ilə N.Quliyevin ailəsini güllələyib.

Hadisəni törədən F.Cəlilzadə polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Qətlə yetirilənlər:

56 yaşı Nadir Quliyev

51 yaşlı Tərgül Quliyeva

26 yaşlı Amin Quluzadə

20 yaşlı Xəyal Quluzadə
2202 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP