Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2022

24 saatdan az müddətdə altıncı fələstinli şəhid oldu

Fələstin İnformasiya Mərkəzinin verdiyi xəbərə görə, Ramallah yaxınlığındakı Birehin şimalında bu gün baş verən qarşıdurmada İsrail əsgərləri tərəfindən yaralanan fələstinli gənc aldığı yaraların şiddətindən dünyasını dəyişib. Bu gənc fələstinli Beytuniya sakinidir.
Bundan əvvəl Fələstin Muxtariyyətinin Səhiyyə Nazirliyi İordan çayının qərb sahilində Ramallahın şərqində bir fələstinli gəncin sionist əsgərləri tərəfindən öldürüldüyünü açıqlayıb.
Qeyd edək ki, sionist qüvvələrin səhər tezdən İordan çayının qərb sahilinə hücumları nəticəsində üç fələstinli gənc şəhid olub. Bu gün sionist əsgərlər Əl-Xəlil yaxınlığındakı Beyt Əmr qəsəbəsinə hücum edərək fələstinlilərə atəş açıblar.
Bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayaraq bildirib: “Bu hücum zamanı başından yaralanan gənc fələstinli Müfid Xəlil aldığı xəsarətin ağırlığından şəhid olub.”
Habelə, Ramallah yaxınlığındakı Beyt-Rima bölgəsində sionist qatillərin atəş açması nəticəsində Cavad Əbdül Rəhman Əbdül Cavad Rimavi (22 yaş) və Zafir Əbdül Rəhman Əbdül Cavad Rimavi (21 yaş) adlı iki fələstinli qardaş şəhid olub.
2052 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP