Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2022

11 sionist pilotun Misirdən qovulmasının təfərrüatları

Bu gün (24 noyabr) bəzi sionist KİV-ləri Misirin çərşənbə günü bu ölkəyə yola düşmüş 11 israilli pilotu ölkədən qovması ilə bağlı addımının yeni təfərrüatlarını dərc edib.
Sionist rejimin “Kan” telekanalı bununla bağlı elan edib: “Misirdə baş verənlər guya illərdir sülh müqaviləsi bağlayan iki ölkə arasında qeyri-adi hadisədir. İsrail pilotları dörd yüngül təyyarə ilə Misir hava məkanına daxil olduqdan sonra Misirdə problemlə üzləşiblər.”
Bu telekanal iddia edib ki, sionist pilotlar əvvəllər çərşənbə günü yerə enmək üçün icazə alıb və Misirin hava məkanına daxil olublar. Lakin onların Misirə daxil olmasına icazə verilməyib və Misir hökuməti onları dərhal ölkəni tərk etməyə məcbur edib.
Telekanal həmçinin bildirib ki, sionist pilotlar uzun müddət gözlədikdən sonra Misirin “milli təhlükəsizliyi” ilə bağlı səbəblərə görə təyyarələrinə qayıtmaları tələb edilib. Lakin pilotlar işğal altındakı Fələstinə qayıtmaq üçün kifayət qədər yanacaqlarının olmadığını bildiriblər. Amma təyyarələrə yanacaq verilməsi tələbini Misir tərəfi qəbul etməyib və onlara yanacaq doldurmağa icazə verilməyib.
Bu xəbərə görə, misirlilər pilotları öz təyyarələri ilə Misiri tərk etməyə məcbur ediblər, halbuki hava şəraiti bu təyyarələrin işğal olunmuş Fələstinə qayıtması üçün əlverişli olmayıb.
Sionist rejimin xarici işlər nazirliyi Misirdə sionist pilotların başına gələn hadisəni təsdiqləyərək bildirib ki, “bu hadisə baş verib və israil rəsmiləri məsələni diplomatik mənbələr vasitəsilə araşdırır”.
1936 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP