Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2022

Sionist hərbçilərin Cenin düşərgəsinə hücumunda 4 fələstinli şəhid olub

Fələstin İslami Cihad Hərəkatının hərbi qollarından olan Cenin Briqadasının yaydığı bəyanatda bildirilir ki, onlara bağlı mübarizlər çərşənbə günü İordan çayının qərb sahilindəki Cenin düşərgəsinə hücum edən işğalçı sionist əsgərləri hədəfə alıblar.

Bu bəyanata əsasən, uşaq qatilləri şəhid Rəd Hazimin evinə hücum edirmişlər.
“Əl-Minar” telekanalının bildirdiyinə görə, sionist hərbçilər Cenin düşərgəsinə hücum edərək şəhid Rəd Hazimin evini mühasirəyə alıblar və fələstinli mübarizlər onlarla mübarizəyə qalxıblar.
“Fələstin əl-Yəvm” telekanalı da Cenində qarşıdurmanın davam etdiyni xəbər verib.
“Əl-Minar”-ın yaydığı məlumata görə, işğalçı rejimlə mübarizədə şəhid Rəd Hazimin qardaşı Əbdürrəhman Hazim də olmaqla 4 fələstinli mübariz şəhid olub.

Fələstin İslami Cihad Hərəkatının mətbuat katibi Tariq Selmi Cenində 4 fələstinlinin şəhid olmasına münasibət bildirərək şəhidlərin qanının qisasının alınacağını vurğulayıb.
T. Selmi bildirib ki, sionistlərin cinayət və təcavüzləri qarşısında xalq müqaviməti daha da güclü şəkildə davam edir.
2047 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP