Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2022

General Səfəvi: Yaxın gələcəkdə amerikalıların Qərbi Asiyadan qaçmasının şahidi olacağıq

İslam İnqilabının Böyük Rəhbərinin köməkçisi və baş müşaviri general-mayor Səfəvi İslam ölkələrinin səfirləri və müqavimət cəbhəsi komandirlərinin iştirakı ilə keçirilən konfransda müqavimət diskursu və imperializm sisteminin göstəricilərini izah və müqayisə edib.

General Səfəvi deyib: “İmperializm sistemi ilə müqavimət diskursu müxtəlif aspektlərdə bir-birinə ziddirlər. O cümlədən liderlik və idarəetmə mövzusunda. İmperializm sistemi avtoritar, eqoist, hökmranlıq və şər şəkildə hərəkət edir. Halbuki, müqavimət diskursu iştirakçı, xidmət istiqamətli, hidayətçi və islami, kollektiv və insani məsləhətləri hakim etmək ardıncadır.”

General-mayor Səfəvi siyasi, iqtisadi, təhlükəsizlik və s. kimi sahələrdə də müqayisə apardıqdan sonra Livanda Hizbullah, İordan çayının qərb sahilində İslami Cihad və Qəzzada HƏMAS-ın yaranmasına toxunaraq vurğulayıb ki, onların ötən iyirmi il ərzində sionist rejimə qarşı əldə etdikləri böyük qələbələr müqavimət mehvərinin digər ümidverici və qalib inkişaflarından biri olmuşdur.
Səfəvi Suriya və İraq xalqlarının və İran, Əfqanıstan, Pakistan və Livan ölkələrinin qürbətdə olan mücahidlərinin son qələbələrinə toxunaraq deyib: “İŞİD Amerika, Britaniya və sionist kəşfiyyat orqanlarının və bəzi ərəb ölkələrinin pullarının ortaq məhsulu idi, Suriya və İraqın böyük ərazilərinin dağıdılmasından başqa niyyəti yox idi və sionist rejimin təhlükəsizliyinin xeyrinə fəaliyyət göstərirdi.”
O, müqavimət strategiyasının digər uğurlu hadisələrindən biri kimi Yəmənin Ənsarullah Hərəkatının qələbələrini qeyd edərək deyib: “Yəmən Ənsarullah Hərəkatı Amerika və sionist rejimindən göstəriş alaraq Yəmən xalqını qətlə yetirən təcavüzkar ərəb ölkələri üzərində qələbə qazanacaq. Bu qəddarlıqları Yəmən xalqına qarşı törədən ərəb ölkələri indiyə qədər yalnız zillət və məğlubiyyətlə üzləşiblər. Allahın köməyi ilə son qələbə yəmənlilərin olacaq.”

Səfəvi çıxışının sonunda bildirib ki, müqavimət strategiyası təkcə Asiya və Afrikanın ərəb və İslam ölkələrində deyil, bəzi Cənubi Amerika ölkələrində də genişlənir və gücünü artırır. Amerika və onun NATO-dakı müttəfiqləri və sionist rejim də başçılıq etdiyi imperializm sisteminin gücü getdikcə azalır, regional və qlobal uğursuzluqlarla üz-üzədir. Buna misal olaraq onun Böyük Yaxın Şərq planının iflasa uğraması və Əfqanıstandan qaçmağını göstərmək olar. Allahın yardımı ilə yaxın gələcəkdə amerikalıların Qərbi Asiya regionundan qaçmasının şahidi olacağıq.

Müqavimət strategiyası qlobal gücün həndəsəsini dəyişdirdi və çoxqütblü dünyanı formalaşdırdı. İslam dünyasının müqavimət cəbhəsində mərkəzləşmiş güc qütbü hicri 15-ci əsrdə ortaya çıxacaq.
Müsəlmanların cihad mədəniyyəti və əhval-ruhiyyəsi, İslami oyanış, müsəlman əhalinin 2050-ci ildə bir milyard yarımdan təxminən iki milyard nəfərə qədər artması, İslam dünyasının iqtisadi resursları, xüsusilə dünya xam neft ehtiyatlarının 75%-nə və təbii qaz ehtiyatlarının 57%-nə sahib olması, dünyanın strateji ticarət, iqtisadi və hərbi keçidlərində və boğazlarında hökmranlıq etmək hazırkı əsrdə İslam dünyasının güc qütbünü təşkil edən təməllərdir.
4084 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP