Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2022

Sionist rejim ordusunda intihar və psixi pozğunluqların sayı artıb

Sionist rejim əsgərləri arasında intiharların sayının nəzərəçarpacaq dərəcədə artması və onlar arasında PTSD kimi tanınan psixi pozğunluğun yayılması Təl-Əvivin narahatlığını artırıb.

Sionist rejim öz ordusunun əsgərlərinin psixi pozğunluqlara görə intihar edənlərin sayının artdığını etiraf etməyə məcbur olub. Təl-Əvivin rəsmi statistikası göstərir ki, "post-travmatik stress pozğunluğu" (Post-traumatic stress disorder) kimi tanınan psixi böhrandan əziyyət çəkən əsgər və zabitlərin sayı həyəcan verici dərəcədə artır. Bu rejimdəki məlumatlı mənbələrə görə, sözügedən xəstəlikdən əziyyət çəkən əsgərlər psixoloji müalicəyə getməyi biabırçılıq hesab edirlər.

"Rəy əl-Yəvm" qəzetinin verdiyi məlumata görə, sionist general İshaq Brik bu baxımdan yalançılıq mədəniyyətinin sionist rejim ordusunun sıralarında kök saldığını və bu mədəniyyətin ən kiçik əsgərlərdən ən böyük generallara qədər ordu arasında geniş yayıldığını vurğulayaraq deyib: "Ordu növbəti müharibəyə hazır deyil. Nizam-intizamın olmaması və hərbi əmrlərə əməl edilməməsi çox geniş yayıldığı üçün öz növbəsində İsrail ordusunun dağılması istiqamətində daha bir kərpicin götürülməsi hesab olunur."

Sionist rejimə aid Mativ psixologoya araşdırmalar mərkəzi də bu məlumatı təsdiqləyib.

Bu hesabata əsasən, knessetin rəsmi araşdırma mərkəzinin rəsmi statistikasına əsasən, sionist rejimdə hər il 500 intihar hadisəsi qeydə alır ki, bunun da 100-ü 15-24 yaş arası gənc nəsil arasında baş verir. İşğalçı orduda xidmət edən bu yaş qrupu üçün intihar ikinci ölüm səbəbidir.

Bu mərkəzin statistikasına əsasən, 2010-cu ildən 2020-ci ilə qədər işğal olunmuş Fələstinin sionist icmasında 5380 intihar hadisəsi qeydə alınıb. Bu o deməkdir ki, hər il orta hesabla 500 nəfər intihar edir. Bu rəqəmdən hər il ən azı 100 İsrail əsgəri intihar edir.

Bəzi mütəxəssislərin qənaətinə görə, uşaq qatili olan işğalçı orduda müharibədə iştirak etməmiş əsgərlərin "post-travmatik stress pozğunluğu" kimi psixi xəstəliyə düçar olmalarının səbəbi sionist orduda zorakılığın mövcudluğu, eləcə də müqavimət qüvvələrinin təhdidlərinə görə daim qorxu altında və hazır ol vəziyyətində qalmalarıdır.
2350 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP