Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2022

Almaniya telakanalı: İranın pilotsuz təyyarələri Ukrayna müharibəsində oyun qaydalarını dəyişib

Almaniyanın "Welt" televiziya kanalının müxbiri deyib: "Bu gün qərb mediasının xəbərlərini nəzərdən keçirərkən bir məsələ diqqətimi çəkdi. "The Wall Street Journal" Amerika mənbələrinə istinadən yazır ki, hazırda Rusiya ordusu gündəlik hərbi əməliyyatlarında İranın intiharçı pilotsuz uçan aparatlarından, xüsusən də "Şahid 136"dan geniş istifadə edir və bu, Ukraynadakı müharibədə oyun qaydalarını dəyişə biləcək bir addımdır."

Jurnalist əlavə edib: "İranın bu tip intihar dronları çox güclü və yüksək effektivliyə malikdir. Buna görə də, hazırkı vəziyyətdə Rusiya qüvvələri İranın pilotsuz təyyarələrindən xüsusi olaraq Zaporojya bölgəsində Amerikanın hərbi silahlarını, o cümlədən Himars raket buraxılış sistemlərini və artilleriyasını hədəf almaq üçün istifadə edir.

İranın hücum pilotsuz təyyarələri (Şahid 136) qanadlı raketlər kimi fəaliyyət göstərir. Bu tip dronlar hədəfə çatana qədər əməliyyat istifadəçisi tərəfindən idarə olunur və sonra son zərbəni endirir. Bu səbəblərdən və təyin olunmuş hədəflərə çoxlu ziyan vurduğu üçün onlar üçün kamikadze (intiharçı) adı seçilmişdir."

"Welt"-in müxbiri vurğulayıb ki, bu vəziyyətdə Rusiya qüvvələri İranın köməyi ilə müharibədə mühüm nailiyyət əldə ediblər.
2319 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP