Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2022

Sionist rejimindən etiraf: İordaniya Vadisində atışmada yaralananlar hərbçilərdir

"Əl-Cəzirə"-nin verdiyi xəbərə görə, sionist mənbələr etiraf ediblər ki, bu gün İordaniya Vadisində fələstinlilərin sionistləri daşıyan avtobusu atəşə tutması nəticəsində yaralananların hamısı hərbçidir və yaralıların sayı 6-ya çatır.

Atışma əməliyyatında yaralanan sionist hərbçilərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

İşğalçı sionist rejim ordusunun sözçüsü deyib: "İordaniya vadisində vurulan avtobusda İsrail hərbçiləri olub. Əməliyyatda 7 hərbçi yaralanıb və onlardan birinin vəziyyəti ağırdır."

Sionist televiziyasının 14-cü kanalı yaydığı məlumatda bildirib ki, Əqvar bölgəsindəki atışma əməliyyatından sonra sionist rejim polisi bütün işğal olunmuş ərazilərdə hazırlıq vəziyyətinə gətirilib.

Bəzi mənbələr İordaniya Vadisində atışma əməliyyatı zamanı sionist hərbçilərdən birinin öldüyünü bildirib. Bu xəbər hələ ki, rəsmi təsdiqini tapmayıb.

Fələstin mənbələri də bugünkü atışma əməliyyatının amillərinin Cenin düşərgəsi sakinləri olduğunu açıqlayıb.

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) mətbuat katibi sözçüsü Hazem Qasim İordaniya Vadisində işğalçı sionist rejim hərbçilərinə qarşı atışma əməliyyatını dəstəkləyərək deyib: "Yeni qəhrəmanlıq əməliyyatı Fələstinin sionist işğalçılara qarşı müqavimət əməliyyatlarının intensivləşməsi fonunda, Məscidül-Əqsa və fələstinli məhbuslara qarşı cinayət və təcavüzlərə cavab olaraq baş tutub.

Bu uğurlu əməliyyatı həyata keçirən, xalqımızın İordan çayının qərb sahilində mübarizəni və müqaviməti davam etdirmək qabiliyyətini bir daha vurğulayan inqilabçı gəncləri alqışlayırıq."
2037 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP