Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2022

“ABŞ-ın oyuncağına çevrilmişik" - Lafonten

Sosial Demokrat Partiyasının (SPD) keçmiş lideri Oskar Lafonten Almaniya hökumətinin xarici siyasətini tənqid edib.

Rusiya-Ukrayna müharibəsindən danışan Lafonten bu böhranın 2014-cü ildə Kiyevdə ABŞ-ın dəstəklədiyi çevriliş nəticəsində hökumət dəyişikliyi ilə başladığını deyib:

“Ukraynadakı “Maydan” çevrilişi ilə ABŞ Rusiyanın təhlükəsizlik maraqlarına hörmət etmədiyini göstərdi”, - siyasətçi bildirib.

Lafonten alman hökumətinin ABŞ-ın xarici siyasətini “gözü bağlı” izlədiyini və Almaniyanın müstəqil ölkə olmadığını söyləyib:

“Almaniya müstəqil və suveren ölkə deyil. Ukraynadakı müharibəyə Amerikanın oyuncağı kimi yanaşır. ABŞ-ın tələbi ilə “Şimal Axını 2” dayandırıldı. Amerikanın işğalçı döyüş maşınının ən mühüm halqalarından biri olan NATO-nun Ramşteyn aviabazası da Almaniyadadır. Biz qətiyyən müstəqil dövlət deyilik, bu xarici siyasət ölkəmizə ziyan vurur”.
1749 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP