Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2022

Haaretz: Bəsdir yalan danışdınız; İsrailin İrana qarşı hərbi gücü yoxdur

Sionist rejimə aid "Haaretz" bu qəzetin təhlükəsizlik məsələləri üzrə analitiki Yossi Melmanın qələmi ilə vurğulayıb ki, Təl-Əvivin İrana qarşı heç bir hərbi variantı yoxdur və yalnız xalqı aldadır.

Analtik bildirib ki, təxminən 30 il keçdi, siyasi və təhlükəsizlik rəhbərləri xalqa yalan danışırlar, xülyalar yayır və (bizi) azdırırlar. Guya İsrailin əslində İranın nüvə proqramına qarşı hərbi variantı var. Fakt budur ki, əgər İsrailin belə bir imkanı olsaydı, bu, (nüvə layihəsi üçün) təməl işlərində özünü göstərərdi. 2008-ci ildə təhlükəsizlik kabinetinin məsələ ilə tanış olan nazirlərindən biri mənə dedi ki, obyektlər ilkin mərhələdə olanda İsrail İranın nüvə obyektlərinə zərbələr endirmək fürsətini itirib. Həmin vaxt Corc Buş hələ də Ağ Evdə idi.

Sionist qəzet təhlilinin davamında bu rejimin İran əleyhinə müharibə şüarlarının səbəbini də ifşa edərək yazıb: "Bu şüarların təkrar olmasının, özü də İran və böyük güclər arasında nüvə sazişinin imzalanacağı bir dövrdə ortalığa atılmasının səbəbi daxili investisiyalar, eləcə də siyasətçilərin və hərbçilərin öz rollarını böyük göstərmək və ya özlərini güclü göstərmək istəyidir.

Buna nümunə kimi keçmiş baş nazir Benyamin Netanyahu və Mossad-ın keçmiş rəhbəri Yossi Kohenin ABŞ-ın keçmiş prezidenti Donald Trampın nüvə sazişindən çıxmaq və İrana qarşı birtərəfli sanksiyalar tətbiq etmək qərarına təsir göstərdiklərini iddia etdiklərini göstərmək olar. Düzdür, Netanyahu və Kohen Trampı razı salmağa çalışıblar; amma sonda qərar verən seçki kampaniyası zamanı nüvə sazişindən çıxacağına söz vermiş Amerika prezidenti oldu və bunu da öz hesablamaları əsasında etdi.

Digər bir misal, kabinetin keçmiş rəhbəri Naftali Bennettin siyasi müşaviri olmuş Meir Şamritdir. O, ABŞ-ın nüvə sazişinə qayıtmasının gecikməsini özünə aid etməyə çalışırdı. Buna görə də prezident Co Baydeni müqaviləni imzalamamağa inandırmağa müvəffəq olduğunu iddia edirdi. Bəzi israilli jurnalistlər də onun sözlərini dərc ediblər. Ancaq bir problem vardır və o da budur ki, nüvə sazişinə qayıtmaq qərarına mane olanlar Vaşinqtonda deyil, Tehranda qərar verənlər idilər."

Analtik daha sonra yazır: "2009-cu ildən bəri Mossad - ona aid edilənə görə - onlarla dəfə İranın nüvə obyektlərində təxribat törədib və ən azı on iranlı alimi terror edib. Bu yerlərin əksəriyyəti yenidən qurulub və terror edilmiş alimlərin yerini qabiliyyətləri əvvəlkilərdən heç də az olmayan alimlər doldurdu. 2020-ci ilin noyabrında İranın hərbi nüvə proqramının atası doktor Möhsin Fəxrizadənin də terror edilməsi İranın proqramını dayandıra bilmədi."

Analtik faktlara əsaslanaraq yazıb: "İsrailin hərbi əməliyyatlarla İranın nüvə proqramının qarşısını almaq üçün real imkanları yoxdur. İran təcrübə və biliyə sahibdir və öz nüvə obyektlərini bu ölkənin torpağında yayıb. İranın onlarla nüvə obyekti vardır və onlar öz fəliyyətlərini həyata keçirirlər."

Sionist qəzet öz təhlilinin son hissələrində Təl-Əviv liderlərinə cəfəngiyyatı dayandırmağı tövsiyə etməklə yanaşı, vurğulayıb ki, sionist rejimin nə nüvə obyektlərinin istehkamlarını partlatmaq üçün bombası var, nə də nüvə obyektləri haqqında ətraflı məlumatı.

Qəzet bildirib ki, Təl-Əviv qismən buna nail olsa belə, İran və onun bölgədəki əlaqəli qrupları bu rejimi ağır bədəl ödəməyə məcbur edəcəklər.
1635 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP