Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2022

Ərbəin Yürüşünün təhlükəsizliyini 20.000 hərbçi qoruyacaq

"Kərbəla əməliyyatı" komandanlığında İraq ordusunun informasiya departamentinin direktoru, general Fahim əl-Kəriti şənbə günü mediaya verdiyi açıqlamada Ərbəin Yürüşündə zəvvarların təhlükəsizliyinin təmin edilməsində 20 min təhlükəsizlik və hərbi qüvvənin iştirak edəcəyini açıqlayıb.

"MəvazinNews"-in bildirdiyinə görə, F. Kəriti qeyd edib ki, Ərbəin Yürüşünün təhlükəsizliyinin təmini layihəsində orduya aid təyyarələr, helikopterlər, PUA-lar və termal kameralardan da istifadə edilir.

Onun açıqlamasına əsasən, ordu qüvvələri bir müddət əvvəl Kərbəla ətrafından Əl-Ənbar səhrasına qədər olan əraziləri təmizləməyə və mühafizə etməyə başlayıb.

"Kərbəla əməliyyatı" komandanlığının mətbuat katibi açıqlamasının davamında deyib: "Hərbi və təhlükəsizlik qüvvələri yolların təhlükəsizliyini təmin etməklə yanaşı, zəvvarlara da xidmət göstərəcəklər."

"Təhlükəsizlik əməliyyatının məqsədi təhlükəsizliyin və sabitliyin davamlı olmasını qorumaq, axtarışda olan şəxslərin və terrorçu ünsürlərin ətraf səhra ərazilərindən bölgəyə sızmasının qarşısını almaqdır"- deyə general bildirib.
1182 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP