Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2022

Kərbəlaya doğru Ərbəin yürüşü başlayıb - Video

Ərbəinə bir aydan çox vaxt qalmasına baxmayaraq, artıq İraqın ən ucqar nöqtəsindən Ərbəin yürüşü başlayıb və bir qrup Bəsrə sakini Kərbəlaya doğru yola düşüb.

İraqın ən cənub əyalətinin sakinləri olan Bəsrə əhalisi Ərbəin piyada yürüşünə başlamaq üçün özlərini Rəsul-Bəyşəyə çatdıraraq, dəniz sahili ilə İmam Hüseynin (ə) hərəminə tərəf gedirlər. Onlar Ərbəin yürüşünə dənizdən başladıqları üçün "Minəl-bəhri ilən-nəhr" (Dənizdən Qətligaha) şüarını seçiblər.

Bəsrədən Kərbəlaya ən yaxın yol təxminən 470 km-dir. Bəsrəlilər Ərbəin günü İmam Hüseynin (əleyhissalam) hərəmini ziyarət etmək üçün Kərbəlaya qədər bu məsafəni piyada gedirlər.


1116 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP