Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2022

Suriyanın müdafiə naziri Amerika və Türkiyəni işğala son qoymağa çağırıb

Suriyanın müdafiə naziri Moskvada keçirilən konfransda çıxışı zamanı Vaşinqton və Ankaranın bu ölkəni işğalına son qoymalı olduğunu vurğulayıb.

Suriyanın müdafiə naziri Əli Mahmud Abbas bu gün (çərşənbə axşamı) Rusiyada keçirilən "Moskva Beynəlxalq Təhlükəsizlik Naminə" konfransında çıxışı zamanı bu konfransı qlobal hökmranlıq və müstəmləkəçilik layihələri ilə mübarizə yolunda çox vacib adlandırıb.

Suriyanın rəsmi "SANA" xəbər agentliyinin bildirdiyinə görə, müdafiə naziri bu haqda yazıb: "Biz Suriyanın bəzi bölgələrində ABŞ və Türkiyə işğallarına son qoymağın vacibliyini vurğulayırıq ki, beləliklə hökumətin həmin ərazilər üzərində nəzarətini genişləndirə bilək, talan və oğurluğa məruz qalan milli resurslarımıza investisiya qoyaq."

Mahmud Abbas qeyd edib ki, Suriyanın qapıları bizə dost kimi gələn hər kəsə həmişə açıqdır. Amma torpağımızı, tariximizi, gələcəyimizi təcavüz və məhvə hədəfləyən tərəflər haqqında deməliyəm ki, onlar qarşılarında zilləti qəbul etməyən, vətənin ləyaqəti yolunda qurban verməyə hazır insanları görəcəklər.

Müdafiə naziri vurğulayıb: "Beynəlxalq ictimaiyyətdən ABŞ və bəzi qərb rejimlərinin Suriyaya qarşı tətbiq etdiyi məcburi və ədalətsiz tədbirlərin ləğvi üçün təzyiq göstərməsini istəyirik."
733 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP