Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2022

Ukrayna ordusu nə qədər itki verib?

“Rusiya Ukraynanın Xarkov vilayətində 100-dən çox Polşa və Almaniyadan olan muzdlu döyüşçünü zərərsizləşdirib”.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlama verib.

Onun sözlərinə görə, Dnepr bölgəsində 2 elektrik yarımstansiyası iki yüksək dəqiqlikli raket zərbəsi ilə sıradan çıxarılıb.

“Xarkov vilayətinin Zoloçiv qəsəbəsi yaxınlığında xarici muzdlu döyüşçülərin müvəqqəti yerləşdirildiyi mərkəz vurulub. Polşa və Almaniyadan olan 100-dən çox muzdlu öldürülüb, 50-dən çoxu yaralanıb”, - Konaşenkov bildirib.

Ukrayna ordusunun 63-cü Mexanikləşdirilmiş Briqadasının Xerson bölgəsindəki mövqelərinə hücum nəticəsində 160 hərbçinin öldürüldüyünü deyən Konaşenkov Donetskdə 260 Ukrayna hərbçisinin həlak olduğunu iddia edib.

MN rəsmisi Ukrayna ordusunun qərargahının, 4 sursat anbarının və 2 yanacaq sisterninin məhv edildiyini bildirib.

Konaşenkov Ukrayna qüvvələrinə məxsus 3 pilotsuz uçan aparatın da vurulduğunu iddia edib:

“İndiyədək Ukraynanın 267 təyyarəsi, 148 helikopteri, 1741 PUA-sı, 365 hava hücumundan müdafiə sisterni, 4311 tank və zirehli texnikası, 799 çoxfunksiyalı reaktiv yaylım atəşi sistemi, 3304 haubitsa və minaatanı, 4891 şəxsi hərbi texnikası məhv edilib”.
791 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP