Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2022

İraq rəsmisi: Bu il Aşura zəvvarlarının sayı 6 milyon nəfərdən çox olub

Kərbəla valisinin müavini Əli əl-Miyali çərşənbə axşamı bu il Aşura günü Kərbəla zəvvarların sayının 6 milyondan çox olduğunu açıqlayıb.

Əl-Miyali İraqın "Sumaria" telekanalına verdiyi müsahibədə Aşura zəvvarlarının sayı ilə bağlı daha ətraflı məlumatın yaxın bir neçə saat ərzində açıqlanacağını da vurğulayıb.

Vali müavini deyib: "Kərbəla vilayətində təhlükəsizlik qüvvələri tərəfindən 20 mindən çox termal kamera quraşdırılıb. Heç bir pozuntu halı qeydə alınmadı. Bu da təhlükəsizlik işlərinin uğurunu göstərir."

Əl-Miyali 2200 zəvvar karvanının Kərbəlaya daxil olduğunu qeyd edib.

O, həmçinin bu mərasimdə 500 ağır texnikanın iştirak etdiyini, tədbirin təhlükəsizliyini 30 mindən çox təhlükəsizlik qüvvəsi təmin etdiyini bildirib.

Digər tərəfdən İraq Media və Kommunikasiya Təşkilatı da elan edib ki, Aşura mərasimini işıqlandırmaq üçün 197 media qurumu və 40 komanda iştirak edib ki, onlardan 78 telekanalı və 300 jurnalisti qeyd etmək olar.
824 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP