Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2022

Mərakeşdə işğalçı sionist rejimin bayrağı yandırıldı

Mərakeş xalqı Fələstin xalqı ilə həmrəylik əlaməti olaraq bu ölkənin parlamenti qarşısında nümayiş keçirib və sionist rejimin bayrağını yandırıb.

Mərakeşdən olan yüzlərlə insan Rabatda ölkə parlamenti qarşısında nümayiş keçirərək sionist rejimin Qəzzə zolağına təcavüzünü pisləyən şüarlar səsləndiriblər.

Nümayişçilər əllərində sionist rejimin Qəzzə zolağına təcavüzünü pisləyən və "Xalq sionist rejimlə sazişin ləğv edilməsini tələb edir" şüarı yazılmış plakatlar tutublar.

Aksiya iştirakçıları uşaq qatili olan sionist rejiminə aid bayrağı tapdalayıb və yandırıblar.

Mərakeş kralının oğlu Mövay Hişam bir məqalədə "Fələstin xalqların və Mərakeş xalqının yaddaşından silinməyəcək" yazıb.

Həmçinin Mərakeşin bir sıra partiyaları, o cümlədən "Əl-Ədalət və Əl-Tənəmiyyə", "Əl-Hizb əl-Əştrakil-Movəhhəd" və "Ən-Nəhc əl-Dimoqrati" bəyanat yayaraq işğalçı sionist rejimin təcavüzkar əməllərini pisləyib, Fələstində uşaqların və mülki şəxslərin öldürülməsini insanlığa qarşı cinayət adlandırıblar.
886 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP