Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2022

Bu il uşaqlara ən çox qoyulan adlar açıqlandı - Siyahı

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Bu ilin yeddi ayı ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox verilən ad Uğurdur.

Bu ad yanvar, fevral, mart, aprel, may, iyun və iyul ayları ərzində 1037 uşağa qoyulub.

Bundan əlavə, doğumu qeydə alınan körpələrdən oğlan cinsindən olanlardan 1009 uşağa Əli, 922 uşağa Yusif, 918 uşağa Hüseyn, 690 uşağa Məhəmməd, 616 uşağa Ömər, 578 uşağa Raul, 570 uşağa Murad, 451 uşağa Tunar və 446 uşağa isə Adəm adı verilib.

Həmçinin bu ilin yeddi ayı ərzində qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. Bu ad yanvar, fevral, mart, aprel, may, iyun və iyul aylarında 1010 uşağa qoyulub.

Bundan əlavə, 823 uşağa Zeynəb, 802 uşağa Məryəm, 802 uşağa Aylin, 684 uşağa Fatimə, 681 uşağa Nilay, 652 uşağa Mələk, 541 uşağa Nuray, 536 uşağa İnci və 534 uşağa isə Ayla adı verilib.
964 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP