Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2022

İranlı yəhudi: Məhərrəmlikdə toy etmirik

"Qədir Yağışı" 6-cı Konfransda çıxış edən dini tədqiqatçı və Kəlimiyyə Cəmiyyətinn ədəbi üzvü Elena Laviyan həzrət Əlinin (ə) əzəmətindən danışaraq deyib: "Zəbur Tövratda gəlmişdir: "Bilin ki, Allah özü üçün saleh bir insanı seçdi." Saleh, həzrət Əlinin (ə) sifətidir. Əli sağlam ailə qurur, Əli cismpərvər deyil, ruh tərbiyəçisidir. Əli süfrəyə çörək qoyur. Əli belə insandır.

Hər birimiz bəzi insanları sevirik, onlara eşq bəsləyirik. Məhəmməd, Musa, Davud, Məsih, Hüseyn, Zəhra, Məryəm və s. Amma önəmli olan onları öz hacətimiz üçün deyil, özlərinə xatir sevməkdir. Əgər Əli "vəsi" və "vəli" olmasaydı da, təkcə onun yaxşılığı insanların onu sevməsinə kifayət edirdi.

Yəhudi tədqiqatçı çıxışının digər hissəsində deyib: "Biz Kaşan yəhudilərinin Peyğəmbər Əhli-beytinə olan bağlılığımız uzun bir tarixə malikdir və bu, sevgi ilə birgədir. Anamın diz ağrısı var. O, ayağa qalxmaq istəyəndə əllərini dizlərinin üstünə qoyub "Ya Əli" deyib qalxır və ona təvəssül edir. Biz Aşura və məhərrəmlik ongünlüyündə heç vaxt parlaq və şad rəngli paltar geyinmirik, toy və şadlıq mərasimləri keçirmirik. Şiələr kimi biz də o günləri İmam Hüseynin (ə) şəhadətini anmaq vaxtı hesab edirik."
930 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP