Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2022

İraq Türkiyəyə qarşı Təhlükəsizlik Şurasına şikayət edib

Bu gün (çərşənbə) İraq Türkiyənin Dəhuk əyalətinə təcavüzü ilə bağlı Ankaraya qarşı şikayət edib və bunu Təhlükəsizlik Şurasına çatdırıb.

İraqın rəsmi "VAA" xəbər agentliyinin məlumatına əsasən, bir diplomat bildirib ki, İraq Türkiyənin Kürdüstan bölgəsinə son hücumu ilə bağlı Ankaradan BMT Təhlükəsizlik Şurasına şikayət edib. Mənbə əlavə edib ki, İraq Türkiyənin ölkə ərazisinə müdaxiləsinin qarşısını almaq üçün bir sıra tədbirlər görəcək.

Rəsmi xəbər agentliyi həmçinin qeyd edib ki, Türkiyənin təcavüzünə cavab olaraq İraq Milli Təhlükəsizlik Şurası bu ölkənin Silahlı Qüvvələrinin Baş Komandanı Mustafa Əl-Kaziminin sədrliyi ilə iclas keçirəcək.

Bir saat əvvəl İraqın Baş naziri verdiyi açıqlamada ölkənin Türkiyənin təcavüzünə cavab vermək hüququnu tam olaraq özündə saxladığını açıqlayıb.

İraq xəbər mənbələri bir neçə saat əvvəl Türkiyə ordusunun bu ölkənin şimalında turizm mərkəzlərindən birinə artilleriya hücumu etməsi və bunun nəticəsində çoxlu sayda dinc əhalinin həlak olması və yaralanması barədə məlumat yayıb.
1505 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP