Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyul 2022

Reuters: Bayden Qərbi Asiyadan əliboş qayıtdı

Reuters-in araşdırmasına görə, ABŞ prezidenti Co Baydenin Qərbi Asiyaya səfəri uğursuz olub və prezident Vaşinqtona əli ətəyindən uzun qayıdıb.

Reuters analitik hesabatında ABŞ prezidenti Co Baydenin səfərini təhlil edərək, onun Vaşinqtona əliboş qayıtdığı qənaətinə gəlib. Çünki Bayden "İsrail"in təhlükəsizliyi üçün koalisiya yaratmaq və Səudiyyə Ərəbistanını gündəlik neft hasilatını artırmağa razı salmaq kimi iki əsas məqsədə nail ola bilməyib.

Reuters-in məlumatına görə, Bayden şənbə günü Ciddə görüşündə ərəb liderlərinə deyib ki, Amerika Qərbi Asiyada fəal tərəfdaş olaraq qalır. Ancaq bölgədə "İsrail"in də iştirak edə biləcəyi təhlükəsizlik oxu yaratmaq üçün onlardan lazımi öhdəlikləri ala bilməyib.

Reuters-in analtiki daha sonra əlavə edib: "Görüşün yekun bəyanatı anlaşılmaz idi və Səudiyyə Ərəbistanı Vaşinqtonun ən mühüm ərəb müttəfiqi kimi Amerikanın ümidlərini qırdı. Çünki Amerika ümid edirdi ki, bu görüş İranın təhdidlərinə qarşı "İsrail"in iştirakı ilə təhlükəsizlik və regional ittifaqın yaradılması üçün əsas ola bilər."

Təhlilin sonunda deyilir: "Bayden ABŞ-da benzin və yanacağın ucuzlaşmasına kömək məqsədilə Ər-Riyada getdi və Səudiyyə Ərəbistanı ilə neft hasilatını artırmaq barədə razılığa gələcəyinə ümid edirdi. Amma sonda bölgəni əliboş tərk etdi."
2833 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP