Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2022

Allahın giley-güzarı: Bəndələrim Mənim sözümə güvənmədilər

Siqətul-İslam Küleyni "Kafi" kitabında rəvayət etmişdir ki, Hüseyn ibn Əlvan dedi:

Elmi müzakirə və mərifət məclisində idik. Mən səfər xərcliyimi itirmişdim. Dostlardan biri mənə dedi:

- Nə edəcəksən, müşkülünün həll olması üçün kimə ümidin var?

Dedim: - Filankəsə ümid edirəm.

Dedi: - Onda ümidvar olma. Çünki istəyinə çatmayacaqsan.

Dedim: - Allahın rəhməti olsun sənə, haradan bilirsən?!

Dedi: - İmam Cəfər Sadiq (ə) buyurdu ki, bir kitabda Mütəal Allahın belə buyurduğunu oxudum: "And olsun ərşimin izzətinə, cəlalına, böyüklüyünə və ucalığına ki, hər kəs Məndən başqa birisinə ümid bağlasa, qəti şəkildə onun ümidini qıraram və ümidini naümidliyə çevirərəm, mütləq ona zillət və xarlıq libası geyindirərəm, onu Öz qürb dərgahımdan uzaqlaşdıraram, Özümə yaxın olmaqdan və vüsalımdan məhrum edərəm.

Mənim bəndəm çətinlik və müşküllərlə üzləşdikdə Məndən başqasına ümid bəsləyirmi? Bütün çətinlik və müşküllərin açarı Mənim əlimdə olduğu halda o, Məndən başqasına ümidvar olur? Mənim qapımdan başqasının qapısını döyür? Bütün qapıları açan açarın Mənim əlimdə olduğunu bilmir? Bütün evlərin qapısının bağlı olduğunu, yalnız Məni çağıranlar üçün Mənim qapımın açıq olduğunu bilmir?

Kim həyatında çətinlik zamanı Mənə ümid bağladı və Mən onun ümidini qırdım? Kim istəyinin həyata keçməsi üçün Mənə ümidvar oldu və Mən onu məyus etdim?

Mən o Allaham ki, bəndələrimin bütün arzu-istəkləri Mənim yanımda qorunur, ancaq onlar Mənim qorumağıma razı olmadılar. Mən o Allaham ki, səmalarımı Mənə həmd-səna edənlərlə doldurdum. Onlar Mənə həmd-səna etməkdən yorulmurlar. Onlara göstəriş vermişəm ki, Mənimlə bəndəm arasında olan qapını bağlamasınlar. Ancaq bəndələrim Mənim sözlərimə güvənmədilər.

Bəndələrim bilmirlərmi ki, əgər Mənim tərəfimdən onlara bir bəla gəlsə, Özümdən başqa heç kim onu qaytara bilməz? Onların istəməzdən qabaq verdiyimi gördükləri halda, elə düşünürlər ki, əgər Məndən istəsələr vermərəm?! Mən paxıl Allaham ki, bəndələrim Mənim paxıl olduğumu düşünür? Səxavət və kərəm Mənim sifətim deyilmi? Əfv və rəhmət Mənim əlimdə deyilmi? Mən arzuların yeri deyiləmmi? Məndən başqa arzuları qıra bilən kimdir? Ümid edənlər Məndən başqasına ümidvar olmaqdan qorxmurlarmı? Əgər göyün və yerin əhlinin hamısı Məndən bir istək istəyələr və Mən onların hər birinə hamısının istədiyi miqdarda bağışlasam, varımdan zərrə qədər azalmaz. Mənim öhdəmdə olan bir şey necə azala bilər?

Bədbəxt o kəslərdir ki, Mənim rəhmət və bəxşişimdən məyusdurlar. Çarəsiz o kəslərdir ki, Mənim göstərişlərimə itaət etməyiblər və Məni nəzərdə saxlamayıblar." ("Əl-Kafi", c, 2, səh. 66.)

"Əl-Muraqibat" kitabından
1884 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP