Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2022

İmam Muhəmməd Baqirdən (ə) 20 hədis

1. Sənə beş şeyi tövsiyə edirəm:

- Əgər zülmə məruz qalsan, sən zülm etmə;

- Sənə xəyanət etsələr, sən xəyanət etmə;

- Səni təkzib etsələr, qəzəblənmə;

- Səni mədh etsələr, sevinmə;

- Səni tənqid etsələr, narahat olma.

(Biharul-ənvar, c. 75, səh. 167)

2. Yaxşı sözü hər kəsdən öyrənin, hətta özü ona əməl etməsə belə.

(Biharul-ənvar, c. 75, səh. 170)

3. Ən kamillik dində idrak, müsibətdə səbir, ömrün sərf edilməsində ölçüdür.

(Biharul-ənvar, c. 75, səh. 172)

4. Elmindən fayda götürülən alim yetmiş min abiddən yaxşıdır.

(Biharul-ənvar, c. 75, səh. 173)

5. Hər kimin niyyəti yaxşı olarsa, ruzisi artar.

(Biharul-ənvar, c. 75, səh. 175)

6. Hər kim ailəsi ilə yaxşı davransa, ömrü uzun olar.

(Biharul-ənvar, c. 75, səh. 175)

7. Qohum-əqrəba ilə əlaqə saxlamaq əməlləri pak edər, malı artırar, bəlaları aradan qaldırar, axirət hesabını asanlaşdırar və ölümü gecikdirər.

(Biharul-ənvar, c. 71, səh. 111)

8. Təqvalı, çalışqan və doğruçu olun, yaxşı və pis olmasından asılı olmayaraq sizi əmanətdar hesab edən şəxsə qarşı əmanətdar olun.

(Biharul-ənvar, c. 75, səh. 179)

9. Ən gözəl ibadət qarın və iffətin paklığıdır.

(Biharul-ənvar, c. 75, səh. 176)

10. İnsanın din qardaşının arxasındakı duası ən yaxın və ən tez qəbul olunan duadır.

(Kafi, c. 2, səh. 507)

11. Düşmənçilikdən çəkinin, çünki o, fikri yayındırır və nifaqa səbəb olur.

(Biharul-ənvar, c. 2, səh. 301)

12. Allah yanında heç bir damla Allah qorxusundan və Onun üçün gecənin qaranlığında tökülən göz yaşı qədər sevimli deyil.

(Kafi, c. 2, səh. 482)

13. Heç kəs dilini saxlamayınca, günahdan amanda deyil.

(Biharul-ənvar, c. 75, səh. 178)

14. Bəndələrin şükürləri dayanmayınca, Allahdan gələn nemətlərin artması dayanmaz.

(Biharul-ənvar, c. 68, səh. 54)

15. Mömin möminin qardaşıdır, onu təhqir etməz, ona bir şeyi əsirgəməz, onun haqqında bədgüman olmaz.

(Biharul-ənvar, c. 75, səh. 176)

16. Üç şey insanın belini qırar: əməllərini çox sanmaq, günahlarını unutmaq, öz fikrinə razı olmaq.

(Biharul-ənvar, c. 69, səh. 314)

17. Öz işinizdə yalnız Allahdan qorxanlarla məsləhətləşin.

(Tuhəful-uqul, səh. 293)

18. Elm öyrənin, çünki onu öyrənmək savab və onu axtarmaq ibadətdir.

(Biharul-ənvar, c. 78, səh. 189)

19. Bəndə günah etdiyi üçün ondan ruzi alınır.

(Kafi, c. 2, səh. 270)

20. Dünyaya həris olan şəxs ipəkqurduna bənzəyir; öz ətrafına fırlandıqca, baramadan çıxmaq çətinləşir, nəhayət qəm-qüssədən ölür.

(Kafi, c. 2, səh. 316)
1901 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP