Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2022

Qılıncdaroğlu: Ərdoğan Türkiyənin şərəfini ayaq altına atdı

Türkiyənin ana müxalifəti sayılan Cumhuriyyət Xalq Partiyasının sədri Qılıncdaroğlu bu ölkənin Parlamentindəki çıxışında jurnalist Xaşiqçinin qatili Səudiyyə Ərəbistanı vəliəhdinin Türkiyəyə səfərinə münasibət bildirərək onunla görüşdüyü üçün prezident Ərdoğana iradını bildirib və onu pula görə ölkənin şərəfini tapdalamaqda və satmaqda günahlandırıb.

Qılıncdaroğlu deyib: "Hər bir ölkənin etibarı, dəyəri və qüruru vardır. Bu etibar və şərəfi qoruyan dövlətin idarəçiləridir. Əgər İstanbulda Səudiyyə konsulluğunda bir cinayət işlənirsə, o cinayətin bütün aspektlərini araşdırmaq, xalqa çatdırmaq və onun amillərini cəzalandırmaq Türkiyə hökumətinin vəzifəsidir. (Bin Salman) gələcək, yenə Ərdoğan onu qucaqlayacaq. Türkiyə hökumətinin başında dayanan şəxs cinayət əmrini verən qatillə qucaqlaşacaq.

İndi bütün vicdanlı insanlardan soruşuram: Türkiyə hökumətinin etibarını bu qədər ayaqlar altına alan, puldan ötəri bu ölkənin etibarını satan adama nə ad vermək olar?

(Ərdoğan) Dilənçilər kimi əlini açıb deyir: Əgər mənə pul versəniz, cinayət dosyesini geri göndərərəm, qatili də görmərəm. Yetər ki, mənə borc pul verəsən."

Bu hərəkəti edən adamlardan nə gözləyirsiniz?
1145 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP