Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2022

Hacı Tale Bağırzadə İslam dünyasının görkəmli şəxsiyyətlərinin çağırışlarından sonra aclıq aksiyasını dayandırdı

Mərhəmətli və Mehriban Allahın adı və yadıyla.

Aclıq aksiyasının dayandırılmasıyla əlaqəli çoxsaylı çağırışlar, önəmli şəxsiyyətlərin müraciəti, həbsxanalarda bizimlə birgə aclıq aksiyasına qoşulan dəyərli və cəsarətli qardaşlarımızın səhhətlərində yaranan problemləri və onların əziz ailələrinin narahatçılığını nəzərə alaraq bu gündən etibarən aclıq aksiyasını dayandırıram. Ancaq mübarizəni əsla dayandırmırıq. Bundan sonra nə qədərki, hakim rejim tərəfindən Allahı söyərək təhqir edən, dövlət orqanlarında vətəndaşlara qarşı işgəncə, zorakılıq, şəxsiyyəti alçaldan halların qarşısı alınmayana kimi, həmin cinayətkarlar cəzalanmayana kimi hər cümə günü sivil etiraz aksiyaları davam edəcək. Bu böyük cinayətin rejim tərəfindən ört-basdır edilərək unutdurulmasına əsla imkan verməyəcəyik.

Aclıq aksiyası dövründə bizə dəstək olan ölkə daxili, və ölkədən xaricdə olan bütün əzizlərə adbaad təşəkkür edirik. Alah millətimizi qorusun!

Tale Bağırzadə
Qobustan həbsxanası
23 iyun 2022
1170 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP