Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2022

Çind: Amerika 2001-ci ildən bəri...

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lijian ABŞ-ın Yaxın Şərqdə iştirak etdiyi silahlı münaqişələrdə ölənlərin sayı ilə bağlı danışıb.

Çin rəsmisi çıxışında Vaşinqtonu “zəmanəmizin ən qəddarı” adlandırıb.

Çin diplomatının sözlərinə görə, 2001-ci ildən bəri Yaxın Şərqdə Vaşinqtonun qızışdırdığı müharibələr 335 mini mülki olmaqla 900 min insanın həyatına son qoyub. Bundan əlavə, daha on milyonlarla insan qaçqın vəziyyətinə düşüb.

Eyni zamanda, Jao Lijian istinad etdiyi mənbəni göstərməyib.

Oxşar məlumatları ABŞ-ın Uotson Beynəlxalq Münasibətlər İnstitutu da dərc edib. Son hesablamalara görə, 2001-ci ildən bəri Yəmən, Əfqanıstan, İraq, Suriya və Pakistandakı münaqişələrdə ən azı 929 min insan həlak olub. Minlərlə amerikalı da döyüş meydanında həyatını itirib.
1071 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP