Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2022

Sionistlərin vəhşiliyinə daha bir sübut: Ərəbləri məhv etmək üçün düyməm olsaydı, onu basardım

Sionist rejimin din işləri nazirinin müavini, İsrailin baş naziri Naftali Bennettin rəhbərlik etdiyi Yamina partiyasının üzvü Metan Kahana Efrat qəsəbəsindəki Derehout liseyində çıxışı zamanı sionistlərin vəhşiliyini bir daha sübut edərək bütün ərəblərin məhvini arzuladığını bildirib.

"Arab 48" xəbər saytı sionist rejim ordusuna aid "Galatz" radiosuna istinadən xəbər verir ki, bu rejimin din işləri nazirinin müavini belə deyib: "Əgər bir düymə olsaydı və onunla bütün ərəbləri buradan məhv etmək, yaxud sürətli qatarla İsveçrəyə orada yaxşı yaşamaq üçün göndərmək mümkün olsaydı, mən o düyməni basardım."

M. Kahana daha sonra deyib: "Ancaq bu düymə yoxdur və bəlkə də biz burada, bu torpaqda tək olmalı idik."

"Ərəb 48" həmçinin qeyd edib ki, sionist rejimin din işləri nazirinin müavini bu çıxışdan yazılan audio faylda deyir: "Əgər biz geri çəkilib 1967-ci il sərhədlərinə qayıtsaq və iki ölkə (Fələstin və İsrail) gəlib bir-biri ilə sülh şəraitində yaşaması, məncə, bunlar cəfəngiyyatdır.

Mənə elə gəlir ki, onlar öz haqlarından heç vaxt əl çəkməyəcəklər. Onlar Şeyx Munis və Tel-Əviv Universitetindən əl çəkməyəcəklər. Ərəblərin öz rəvayətləri vardır ki, bu rəvayətə əsasən onlar qədim zamanlardan bəri burada yaşadıqlarını və biz yəhudilərin gəlib onları qovduğumuzu deyirlər. Lakin bunlar cəfəngiyyatdır."
1018 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP