11 İyun 2022
Bu gün İmam Rizanın (ə) mübarək mövlud günüdür

Adı: Əli (ə)
Məşhur ləqəbi: Rza
Künyəsi: Əbulhəsən
Atası: Musa (ə)
Anası: Nəcmə
Doğum tarixi: 148-ci hicri qəməri ili, 11 zilqədə
Doğulduğu yer: Mədinə
İmamət müddəti: 20 il
Ömrü: 55 il
Şəhadət tarixi: 203-cü hicri qəməri ili, səfər ayının axırı
Qatili: Məmun həzrəti zəhərləmişdir
Dəfn olduğu yer: Məşhəd şəhəri
İmam Rzanın (ə) ata və anası
İmam Rzanın (ə) atası imam Musa ibn Cəfər (ə), anası isə Nəcmədir.
Nəcmə imam Kazimlə (ə) ailə qurmazdan əvvəl Həmidədən İslam əxlaqı və qayda-qanunlarını öyrənmişdi. O, din, istedad və ağıl cəhətindən qadınların ən yaxşısı idi. Həmidə deyir: "Nəcmə bizim evə gələndə Peyğəmbəri (s) yuxuda gördüm. Həzrət mənə buyurdu: "Ey Həmidə! Nəcməni oğlun Musaya (ə) bağışla (onunla evləndir). Şübhəsiz, tezliklə Yer üzünün ən yaxşı insanı ondan dünyaya gələcək".
Mən bu göstərişə əməl edib Nəcməni oğlum Kazimlə (ə) evləndirdim. İmam Rza (ə) da ondan dünyaya gəldi".
Nəcmə Allahın zikrinə, münacata və ibadətə o qədər vaxt ayırırdı ki, imam Rzaya (ə) süd verdiyi müddətdə qohumlarına deyir: "Dayə tutmaqla mənə kömək edin".
Ondan soruşdular ki, sənin südünmü azalıb?
O cavabında deyir: "And olsun Allaha, südüm azalmayıb. Ancaq mən bu uşağa himayəçilik edəndən yerinə yetirmək istədiyim namaz və təsbihlərim azalıb. Daha artıq ibadət və münacatlar yerinə yetirmək üçün kömək istəyirəm".
İmamın Rza adlanmasının səbəbi
İmam Əli ibn Musanın (ə) məşhur ləqəbi Rzadır (ə). Rəvayətdən belə bəlli olur ki, o həzrətin Rza adlanmasının bir neçə səbəbi vardır:
1. O həzrət Allahın asimanda razı olduğu, Peyğəmbərin (s) və məsum imamların (ə) Yer üzündə razı olduğu və bəyəndiyi bir şəxsdir.
2. Şiə və əhli-sünnə, hətta, müxaliflər də ondan razı olmuşlar.
3. O həzrət Allahın razılığına razı idi. Səbr məqamından da üstün olan bu gözəl və dəyərli məqam imam Rzada (ə) daha açıq-aydın görünürdü. Rəvayət olunub ki, o həzrətin üzüyünün qaşında bu cümlə həkk olmuşdu: "Maşaəllahu la qüvvətə illa billah" (Hər nə Allah istəsə; Allahdan başqa heç bir qüvvə və qüdrət yoxdur).
Qeyd etmək lazımdır ki, bütün məsumlar Allahın razılığına razı olmuşlar, Allah da onlardan razı olmuşdur. Ancaq imam Rzanın (ə) yaşadığı dövrdə belə bir əxlaqa malik olmaq İslam üçün çox zəruri və dəyərli idi. Ona görə də bu məsələ həzrətdə daha çox büruz etdi, dövrünün mürəkkəb çətinliklərini səbr, tədbir və xüsusi dözümlülüklə həll etdi.
Məmunun imam Rzanı (ə) Tusa dəvət etməsi
Məmun əvvəlcə imam Rzanı (ə), Əli (ə) nəslinin adlı-sanlı şəxsləri ilə birlikdə xilafət mərkəzinə hörmətlə dəvət etdi.
İmam Rza (ə) Məmunun dəvətini qəbul etmədi. Lakin Məmun və İmam Rza (ə) arasında çoxlu məktublaşmalar baş tutduqdan və Məmunun təhdidindən sonra nəhayət, o, həzrət Əlinin (ə) nəslindən olan bir dəstə tanınmış şəxslərlə birlikdə Mərv istiqamətində hərəkət etdi.
Məmun, İmam Rzanın (ə) karvanını gətirmək vəzifəsinə təyin olunmuş məmura tapşırmışdı ki, karvandakılara, xüsusən də, İmam Rzaya (ə) hörmət etsin. Ancaq imam Rza (ə) camaatı xəbərdar etsin deyə, qəsdən bu səfərdən narazı qaldığını bildirirdi.
O həzrət Mədinədən çıxmağa hazırlaşanda, qohum-əqrəbasını toplayıb, onlardan onun halına ağlamasını istəmiş və buyurmuşdur: "Mən bir daha öz ailəmə tərəf qayıtmayacağam".
Sonra Peyğəmbərlə (s) vidalaşmaq məqsədilə o həzrətin məscidinə daxil oldu. İmam neçə dəfə vidalaşsa da, yenə Peyğəmbərin (s) qəbrinə tərəf qayıdıb uca səslə ağladı. Sistani yazır: "Bu zaman o həzrətin (imam Rzanın) yanına gəlib salam verərək onun üçün uğurlu səfər dilədim. İmam buyurdu: "Mənə yaxşı-yaxşı bax, cəddimin yanından uzaqlaşıb qürbətdə öləcəyəm və Harunun yanında dəfn olunacağam".
İmam Rzanın (ə) Nuşapurda qoca qadının evində qonaq qalması
Məmunun göstərişinə uyğun olaraq imamın karvanı İrana tərəf yola düşdü. Karvan Nişapura çatdıqda camaat küçələrə axışdı, həzrətin dəvəsinin ətrafına toplaşdılar. Hamı imamı gördüyünə görə sevinirdi. Çoxları sevincindən ağlayırdı. Hər kəs imamla söhbət etmək, öz sualına cavab almaq istəyirdi. Şəhərin böyüklərindən bir neçə nəfər irəli gəlib dedilər: "Ey Peyğəmbərin övladı! Bizim şəhərimizə xoş gəlmisən. Biz hamımız səni qarşılamağa hazırıq. Bizim evimizə gəl, qonağımız ol".
İmam Rza (ə) camaata baxdı. Divarın qırağında qoca bir qadın dayanmışdı. O, imamı görə bildiyinə görə ağlayırdı. Həzrət ona tərəf getdi və buyurdu: "Mən bu qoca qadının evinə gedirəm".
Qoca qadının sevincdən gözləri parladı. Çadrasının ucu ilə yaşla dolmuş gözlərini sildi. O, gözləmədiyi bir xəbərdən özünü itirmiş, dili söz tutmurdu. "Qədəmlərin gözüm üstə olsun, ey Fatimənin oğlu, buyur"-dedi. Onlar yola düşdülər və qarının evinə çatdılar. İmam dəvəsindən endi və qarının evinə daxil oldu. Həzrət Nişapurda olduğu müddətdə onun evində qaldı. Camaat dəstə-dəstə qarının evinə gəlir və imamla görüşürdülər.
İmam artıq yoluna davam etmək istəyirdi. Qarı həyətdə oturmuşdu. Həzrət cibindən bir badam dənəsı çıxardıb, həyətin bağçasında əkdi və qarıya buyurdu: "Bu badam dənəsi şitil olacaq və böyük bir ağaca çevriləcək. Bu da mənim sənin evində yadigarım".
Həzrət bunu deyib, evdən çıxdı.
Sonralar imamın buyurduğu kimi badam dənəsi şitil oldu və yavaş-yavaş böyüyüb, ağac oldu. Qarı hər vaxt imam üçün darıxsaydı, ağacın budağından yapışar və salavat göndərərdi.
İmamın paytaxta çatması
İmam Rzanın (ə) karvanı şəvval ayının onunda Mərv şəhərinə çatdı. Şəhərdən neçə fərsəx kənarda Məmun, Fəzl ibn Səhl və Bəni Abbasdan olan digər əmirlər və böyüklər imamı qarşılamağa çıxaraq böyük hörmətlə karvanı şəhərə daxil edirlər.
Məmunun göstərişinə əsasən, rahatlıq üçün lazım olan hər cür şərait imamın ixtiyarına qoyulmuşdu. Bunlar hamısı Məmunun məkirli planı idi.
Yol yorğunluğunun çıxması məqsədilə bir neçə gün davam edən istirahətdən sonra imam Rza (ə) ilə Məmun arasında müzakirələr başladı və Məmun xilafəti qəbul etməyi imam Rzaya (ə) təklif etdi. Məmunun əsil məqsədindən xəbəri olan imam bu təklifdən ciddi şəkildə imtina etdi. Fəzl ibn Səhl heyrətlə deyir: "Xəlifəlik məqamını o günkü kimi heç vaxt dəyərsiz və ləyaqətsiz görmədim. Məmun hakimiyyəti Əli ibn Musa ər-Rzaya (ə) verir, o isə hakimiyyəti qəbul etmirdi".
İmam Rzanın (ə) xilafəti qəbul etməyəcəyini bəlkə də, qabaqcadan təxmin etmiş Məmun dedi: "İndi ki belədir, onda vəliəhdliyi qəbul et!"
İmam Rza (ə) buyurdu: "Məni bu işdə də üzürlü hesab et".
Ancaq Məmun bu dəfə imamın üzrünü qəbul etməyib, sərt və qəzəbli halda dedi: "Ömər ibn Xəttab vəfat edərkən altı nəfərdən ibarət şura təyin etdi. Ömər həm də vəsiyyət etmişdi ki, kim müxalifətçilik edərsə, boynu vurulsun. İndi sən də mənim təklifimi qəbul etməlisən! Çünki mən bundan başqa çarə görmürəm".
Məmun əslində bu sözlərlə imamı hədələyirdi. Sonra daha açıq şəkildə imamı təhdid edib dedi: "Sən həmişə mənim fikrimin əksinə hərəkət edir və özünü mənim qüdrətimdən amanda görürsən. And olsun Allaha ki, əgər vəliəhdlikdən imtina etsən, səni zorla onu qəbul etməyə məcbur edəcəyəm. Əgər onda da qəbul etməsən, səni öldürəcəyəm".
İmam Rza (ə) məcbur olub məsləhət üzündən Məmunun təklifini qəbul edərək buyurdu: "Mən vəliəhdliyi bu şərtlə qəbul edərəm ki, ölkə işlərində bir dəfə də olsun, hökm verməyim və hakimiyyət orqanlarında da hakim təyin edib çıxartmaq, hökm və fətva vermək kimi işlərə qarışmayım".
İmam Rzanın (ə) qətiyyətli cavabları
Məmunun göstərişi ilə böyük xristian, yəhudi, sabei və digər din və məzhəblərin, habelə əqaid məktəblərinin başçıları, filosof və alimlərdən ibarət bir məclis təşkil edildi. İmam Rza (ə) da bu məclisə dəvət olundu. Həzrət Məmunun cavabında buyurdu: "Sənin məkirli niyyətindən xəbərim vardır. Sabah inşallah, məclisdə iştirak edəcəyəm". Həzrət məclisdə iştirak etdi və din alimlərinin müxtəlif suallarına cavab verdi. Müsəlmanların arasında dünyanın bütün elmləri və təfəkkürlərini dəqiqiliyi ilə bilən bir alimin olması onları heyrətə salmışdı.
İmam Rza (ə) katolikos Casəliqin sualının qarşısında həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olmasını İncil kitabı və həzrət İsanın (ə) sözləri vasitəsilə sübuta yetirdi. Casəliq imamın hikmətli sözlərini dinlədikdən sonra dedi: Həqiqətən sən deyəndir. And olsun Allaha ki, müsəlmanlar arasında sənin kimi bir şəxsin olmasına heç inanmazdım!
Yağış namazı
İmam Rzanın (ə) vəliəhd olmasından bir müddət sonra yağış yağmadı. Məmunun ətrafına toplaşmış xəbis və dünyapərəst adamlardan bəziləri şayiə yayırdılar ki, yağışın yağmaması, Əli ibn Musanın (ə) vəliəhd olmasına görədir. Bu sözlər Məmuna çatdı. O, imam Rzadan (ə) xahiş etdi ki, yağışın yağması üçün dua etsin. Həzrət bazar ertəsi gününü istisqa namazı üçün təyin edərək buyurdu: "Dünən gecə yuxuda Peyğəmbəri (s) gördüm. O, Əmir əl-möminin Əli (ə) ilə mənim yanıma gəldi və buyurdu: Oğlum, bazar ertəsi gününə qədər səbr et. Sonra həmin gün Allah dərgahından yağış istə. Allah yağış göndərəcək və camaat sənin Allah yanında olan əzəmətini başa düşəcək".
Təyin edilmiş gün yetişdi. İmam Rza (ə) səhraya getdi. Camaat da evlərindən bayıra çıxdılar. İmam namazdan sonra minbərə qalxdı və Allaha həmd edib dedi: "İlahi! Sən, biz risalət ailəsinə böyüklük və kəramət bağışladın. İnsanlar Sənin əmrinlə bizə tərəf yönəldi. Onlar Sənin rəhmət, ehsan və nemətinə ümid edirlər. Öz faydalı, geniş və zərərsiz yağışını onlara göndər. Ancaq bu dəfə camaat öz evlərinə qayıtdıqdan sonra yağışını nazil et".
Rəvayət olunur: "And olsun Allaha! Elə həmin an səmada buludlar hərəkətə gəldi, ildırım çaxdı. Camaat həyəcanlandı və yağış yağmamış öz evlərinə qayıtmağa çalışdılar. Həzrət onlara buyurdu: Sakit olun, bu buludlar sizin üçün deyil. Bunlar filan məntəqəyə aiddir. Bir azdan o buludlar getdi və başqa buludlar göyün üzünü aldı. Yenidən ildırım çaxdı. Camaat evlərinə getmək istəyəndə imam buyurdu: Bu buludlar da sizin üçün deyil. Bunlar filan məntəqənindir. Beləliklə, on dəfə bulud gəldi və oranın səmasından ötüb keçdi. İmam da bu buludların onlara aid olmadığını buyurdu. On birinci dəfə bulud gələndə imam camaata buyurdu: Allah bu buludları sizin üçün göndərmişdir. Allahın fəzl və kərəmi qarşısında şükür edin və evlərinizə dönün. Siz evlərinizə çatmayana qədər yağış yağmayacaq. Sonra isə Allahın kərəminə layiq olan bir yağış yağacaqdır. İmam bunu deyib minbərdən aşağı düşdü. Hamı evinə qayıtdı. Bu zaman bərk yağış yağdı. Bütün hovuzlar, çökəkliklər və çaylar su ilə doldu. Camaat sevinərək deyirdi: Allahın kəramətləri Peyğəmbərin övladı üçün mübarək olsun".
Sonra imam Rza (ə) camaatın yanına gəldi, onları düz yola hidayət etdi və Allahın nemətləri qarşısında şükür etməyə çağırdı.
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi 06.08.22, 11:50
ABŞ-da sürücü 15 nəfəri əzdi 06.08.22, 10:31
Şəhid olan hərbçimiz nişanlı imiş 06.08.22, 10:14
Çinə aid 49 qırıcı Tayvan sərhədini keçdi 06.08.22, 10:11
Türkiyə itki verdi 05.08.22, 17:03
Laçında yaralanan əsgərimiz şəhid oldu 04.08.22, 09:48
İmam Hüseyn (ə) höccəti tamamlayır 03.08.22, 12:13
Laçında əsgərimiz şəhid olub 03.08.22, 09:55
Çin: Nüvə silahından ilk istifadə etməyəcəyik! 03.08.22, 09:48
Nazirlik əməkdaşı özünü asdı 02.08.22, 09:48
Putin: Nüvə müharibəsinin qalibi ola bilməz 02.08.22, 09:46
Orban: Brüssel rəhbərimiz deyil... 02.08.22, 09:44
Avropa təlaşdadır: ABŞ-Çin savaşı an məsələsidir 02.08.22, 09:32
Cənnət beyəti 01.08.22, 12:16
Bu il uşaqlara ən çox qoyulan adlar açıqlandı - Siyahı 01.08.22, 12:06
Çindən ABŞ-a gözdağı: Hipersəs raketini atdı 01.08.22, 10:00
İran ABŞ-a sazişə qayıtmağa daha bir şans... 01.08.22, 09:57
Masallıda 2 qardaş əmilərini balta ilə öldürdü 31.07.22, 12:05
İranın Hərbi Dəniz Qüvvələrinin komandiri: Biz təkcə Qırmızı və Aralıq dənizləri deyil, iradəmiz olan hər yerdə mütləq olacağıq 30.07.22, 10:39
Çin ordusu müharibəyə hazırlıq vəziyyətinə gətirildi 30.07.22, 10:16
Səfir: “İran və Azərbaycan dost, qardaş, müsəlman ölkələrdir” 30.07.22, 09:35
İranlı yəhudi: Məhərrəmlikdə toy etmirik 30.07.22, 09:31
Məhərrəm ongünlüyündə İmam Hüseynlə (ə) həmdərd olmaq 24.07.22, 19:52
Sionist general: "İsrail"in hava qüvvələrinin bazaları qarşıdan gələn müharibədə iflic vəziyyətinə düşəcək 23.07.22, 14:25
Amerikalı komandir: İran regionda hava üstünlüyünə nail olub 22.07.22, 21:00
Çin ABŞ-ı dünyanın ən təhlükəli ölkəsi adlandırdı 21.07.22, 11:23
Azərbaycanda boksçu intihar edib 21.07.22, 10:37
İraqın Baş naziri: Türkiyənin təcavüzünə cavab veriləcək 21.07.22, 10:36
İraq Türkiyəyə qarşı Təhlükəsizlik Şurasına şikayət edib 19.07.22, 18:23
Livanda sionist rejimə aid PUA sərnigun oldu 19.07.22, 09:09
Reuters: Bayden Qərbi Asiyadan əliboş qayıtdı 17.07.22, 19:31
Şamaxıda 13 yaşlı qız özünü asıb 17.07.22, 09:01
Yəmən: Müharibənin bitməsi və blokadanın götürülməsindən başqa heç bir şey bizi qane etməyəcək 17.07.22, 08:56
İran ABŞ-ın 61 vətəndaşına qarşı sanksiya tətbiq edib 15.07.22, 16:26
İmam Hadinin (ə) həyatından 14.07.22, 09:29
Əsgərimiz özünü güllələdi 14.07.22, 09:20
Yəmənin müdafiə naziri: Sionist rejim ən pis vəziyyətdədir 14.07.22, 09:19
Allahın giley-güzarı: Bəndələrim Mənim sözümə güvənmədilər 12.07.22, 09:18
Rusiyada LGBT qadağan olunur, cəza sərtləşdirilir 12.07.22, 08:45
İordaniya İranla əlaqələrə can atır 11.07.22, 11:28
ABŞ-da atışma: 3 ölü, 2 yaralı 11.07.22, 10:05
ABŞ-da qaz zavodunda güclü partlayış 11.07.22, 10:02
Baydenin oğlu narkotik çəkdiyinə görə həbs edildi 11.07.22, 09:52
Hərbçimiz həlak oldu - Foto 11.07.22, 09:50
ABŞ-ın F-18-i dənizə düşdü 11.07.22, 09:43
Şüeybin (ə) qızı əmanətdar insanın nişanəsini açıqlayır 09.07.22, 09:20
İran Xəzərdə təlimlərə başladı 09.07.22, 09:12
Məhkəmədə ürəyi partlayan qazinin ailəsi danışdı 08.07.22, 13:08
İmam Hüseynin (ə) karvanının Məkkədən çıxışı 07.07.22, 09:01
Qadının başını kəsib mağazaya atdılar - Yardımlıda 07.07.22, 08:59
Keçmiş polis əməkdaşı intihar etdi 07.07.22, 08:56
Hərbçimiz intihar etdi - Rəsmi 07.07.22, 08:52
Ərdoğanın son seçki sorğusunda məğlubiyyəti 06.07.22, 11:00
Göyçayda məktəbli intihar edib 06.07.22, 10:13
Rusiya Azərbaycanın 1 kilometrliyində hərbi baza tikir 06.07.22, 09:52
Kadırovdan Zelenskiyə: Qaç! 06.07.22, 09:51
İran Rusiyaya 3 milyard dollarlıq tikinti materialı ixrac edəcək 06.07.22, 09:49
Moskva "Yəhudi Agentliyi"nin fəaliyyətini dayandırmaq əmri verib 04.07.22, 11:01
Bakıda qız özünü klinikanın 10-cu mərtəbəsindən atdı 04.07.22, 09:09
Rusiya ordusu Lisiçanskı şəhərini ələ keçirdi 04.07.22, 09:06
Kopenhagendə atışma: ölənlər var 04.07.22, 09:03
Kansler: Bu, sosial partlayışa səbəb olacaq 04.07.22, 08:41
İmam Muhəmməd Baqirdən (ə) 20 hədis 03.07.22, 10:49
Texasda atışma olub, ölən və yaralananlar var 03.07.22, 10:30
Əsgərimiz həlak oldu 03.07.22, 10:28
Türkiyə ordusunun daha bir hərbçisi öldürüldü 03.07.22, 10:27
Növbəti döyüş Mərkəzi Asiyada olacaq - Lukaşenko 03.07.22, 10:25
NATO-nu tərk etməliyik - Perinçək 03.07.22, 10:19
Rusiya hasilatı azaltsa, neftin qiyməti 380 dollar olacaq 02.07.22, 21:15
İraqda 600 gənc kursantın qəssabı ələ keçdi 02.07.22, 21:08
Türkiyədə inflyasiya 95%-ə çatıb 30.06.22, 16:46
Əsgərimiz ehtiyatsızlığın qurbanı oldu 30.06.22, 10:01
Putin: Müharibənin nə zaman sona çatacağı... 30.06.22, 09:59
Putindən Consona: Tetçer qadın idi, müharibə edirdi! 29.06.22, 22:16
İmam Cavadın (ə) şəhadəti münasibətilə 29.06.22, 12:26
Bakıda güclü yanğın: iki körpə öldü - Rəsmi 29.06.22, 12:22
Conson: Putin qadın olsaydı... 29.06.22, 12:20
İraq prezidenti İsraillə bağlı qərarı təsdiqlədi 29.06.22, 12:14
Korotçenko: Məhv edilməlidir 28.06.22, 20:26
SEPAH-ın baş komandanı: Sionist rejim özünü qorumağa qadir deyil 28.06.22, 16:18
İranda 2500 yaşı olan nəhəng bənd tapıldı 28.06.22, 12:04
Kənd sakini özünü tövlədə asdı 28.06.22, 12:03
Bakıda qadın həkim özünü 11-ci mərtəbədən atdı 28.06.22, 10:19
Bakıda fəhlə faciəvi şəkildə öldü 28.06.22, 10:17
Medvedyev: Bu, III Dünya savaşı olacaq! 27.06.22, 21:16
Fələstinin Baş naziri: Beynəlxalq camiə sionist rejimin cinayətlərinə görə məsuliyyət daşıyır 27.06.22, 09:39
ABŞ-da atışma zamanı 8 nəfər yaralanıb 27.06.22, 09:31
Lənkəranda 32 yaşlı kişi qətlə yetirildi 27.06.22, 09:25
Türkiyədə geniş meşə sahəsi yanaraq məhv oldu 27.06.22, 09:23
Polis əməkdaşı Füzulidə minaya düşdü 27.06.22, 09:22
ABŞ banan respublikasına çevrilir - Qabbard 26.06.22, 11:22
ABŞ dünyanın gülüş obyektinə çevrildi - Tramp 26.06.22, 10:13
General: “Əvvəlcə Londonu vuracağıq, sonra...” 26.06.22, 10:08
Nəvə nənəni iplə boğaraq öldürdü